ELANLAR


DÖNMƏZLİK PARTY

Dalğa GH Respublika günündə DÖNMƏZLİK kitabını
təqdim edəcək və PARTY keçirəcək

28 May 1918’ci il il. Biz bütün dünyaya sübut etdik ki, azadlığı dəyərləndirən və azadlıqdan yaradıcılıq üçün istifadə edən xalqıq. Babalarımızın bizə mesajı budur: Azadlıq sizi qorxuzmasın, yaradıcılığa həvəsləndirsin. Bu mesaj on illərlə Azərbaycan insanında azadlıq sevgisini yaşatdı. Əlinə düşən ilk fürsətdəcə “Azadlıq” şüarları ilə küçələrə çıxan atalarımız 1991’ci ildə bayrağımızı yenidən yüksəldərək müstəqil dövlətimizi qurdu. Bu gün hər kəs müstəqil dövlətimizin xoşbəxt vətəndaşı olmaq yolunu axtarır. Biz, Dalğa Gənclər Hərəkatı (Dalğa GH) olaraq, bu xoşbəxtliyin azadlıqdan keçdiyinə inanırıq. 28 May günü bizim inamımızın əsasıdır. Bunun üçün də həmin gün, yəni 28 May 2011’ci ildə əsasımıza rəng qatmağı planlaşdırırıq.

Teyyub QURBAN’ın yazmış olduğu “Dönməzlik” romanı M.Ə. Rəsulzadə’nin həyatından bəhs edir. Biz bu kitabı yenidən nəşr etdik. Bu kitabla M.Ə. R
əsulzadə Azərbaycan insanına həmdə bir obraz kimi təqdim edilir. Kitabın qiyməti 4 AZN’dir.

28 May Respublika günüdür! Biz həmin günü Xəzər dənizinin sahilinə çırpılan dalğalar kimi yenidən kəşf edirik.

Beləliklə, 28 May 2011’ci ildə saat 15:00’da Xəzər dənizinin sahilində, Hövsan-Türkan şossesində yerləşən “Cahargah” oteldə “Dönməzlik” romanının təqdimatı və 18:00’da isə elə həmin məkanda “Dönməzlik Party” keçiriləcək.
Gününü bizimlə keçirmək istəyən şəxslərin nəzərinə: Təqdimat mərasiminin keçiriləcəyi yerə may ayının 28’i saat 14:00’da Azadlıq Meydanından xüsusi ayrılmış avtobus gedəcək. Yalnız Party`də iştirak etmək istəyənlər isə 17.30-da Azadlıq Meydanından xüsusi ayrılmış avtobus vasitəsi ilə göstərilən ünvana gələ bilər. Saat 23:00’a qədər davam edəcək Party iştirakçılarını xüsusi avtobuslar Azadlıq Meydanına qədər gətirəcək.

“Dönməzlik Party”’nin bileti – 7 AZN`dir. Biletə samovar çayı və nəqliyyat daxildir. Təqdimatda iştirak isə pulsuzdur.

Biz bütün arzu edənləri bu təqdimat mərasiminə və “Dönməzlik Party”’yə dəvət edirik!

Ünvan: Hövsan-Türkan şossesində yerləşən “Cahargah” otel. Xüsusi avtobusun imkanlarından istifadə edə bilməyən insanlar 334 nömrəli avtobus vasitəsi ilə Hövsan qəsəbəsindən “Cahargah” otele gedə bilər. Hövsan qəsəbəsinə isə 28 may metrosunun yaxınlığından 276 nömrəli avtobusla getmək olar.

Xüsusi qeyd: “Dönməzlik” günündə həmçinin Azərbycanın gənc fotoqraflarının sərgisi və Ramires (Kavkaz Clan) və Xpert-in (B.İ.Z Brotherhood) ifasında "28 gün sonra" track’inin təqdimatı olacaq.

P.S. Dalğa Gənclər Hərəkatı olaraq bu günədək keçirdiyimiz tədbirlərin biletinin ucuz olması suallara səbəb olur. Buna aydınlıq gətirərək söyləyirik ki;

  1. Biz heç vaxt keçirdiyimiz Party’lərdən və tədbirlərdən qazanc güdmürük.
  2. Dalğa Gənclər Hərəkatı’nın üzvlərinin əksəriyyəti tələbələr olduğu üçün üzvlərimizin maddi durumunu nəzərə alırıq.
  3. Biz hər zaman müxtəlif sosial təbəqələrdə olan insanların birgə asudə vaxtını keçirməsinə və özünü ifadəsinə fürsət yaratmağa çalışırıq.


Əlavə məlumat və ya bilet əldə etmək üçün:

Tel: (055) 602 48 59    Orxan Nəbiyev

        (050) 526 13 13   Rövşən Nəcəfov

        (055) 828 35 20   Cəmilə İbrahimova 

Qaranlıq belə bizi işığa qərq edir.

Cahargah otel, aydınlıqda

PARTY'nin olacağı məkandan Cahargah otelin gecə görüntüsü

Cahargah otelin parkı


PARTY'nin  keçiriləcəyi eyvan


"Dönməzlik" romanının təqdimatı üçün nəzərdə tutulmuş eyvan

Oyun içində oyun axtaranlar üçün...

Otelin restoranı

Səssizliyi dinləmək istəyənlər üçün...

 Bar

 Hovuz həvəskarları üçün xidmət...

Yorğun demokratlar üçün damsız ev ;-)


Sahilə can atan dalğalar...

 Dalğa insanlarla qovuşur! Hər kəs dalğaçı olduğunu xatırlayır. :)