QayNar: “Dalğa” Gənclər Hərəkatı sabah səhərdən etibarən Azərbaycan Dövlət Neft Akademiyasının qarşısında burada baş vermiş qanlı olayla bağlı anım mərasimi keçirəcək. Bu barədə Turana Hərəkatdan bildiriblər.
Gənclər universitetin qarşısına əklil və güllər qoymağı planlaşdırırlar. Bundan əlavə, “Dalğa” fəalları axşam saat 20:00-dan etibarən ADNA-nın qarşısına toplanacaqlarını və hadisə zamanı həlak olanların ruhunu yad etmək məqsədilə şam yandıracaqlarını açıqlayıblar
