18.5.07

Gənclər qadınlara azadlıq tələb etdi



18 may 2006-cı il saat 15:00-da Dalğa Gənclər Hərəkatının bir qrup üzvü “Azad qadın” heykəlinin qarşısında aksiya keçirib. Aksiyanın keçirilməsinə əsas səbəb ölkəmizdə hüquqları pozulan qadınların problemini cəmiyyətə çatdırmaq, ölkəmizdə vüsət alan qadın alverinə son qoyulması istiqamətində konkret addımların atılması tələbi və s olub. Aksiyada “Azadlıq qadını əxlaqlı edər!” , “Azad qadın, azad ölkə!”, “Mentalitet qadınları boğmasın!”, “Ailə məcəlləsi qüvvəyə minsin!”, “Qadınlar hüquqlarını bilsin!” , “Qadın alverçilərinə ən sərt cəza verilsin!” şüarlarından istifadə olunub.Aksiya iştirakçıları hazırladıqları bəyanatı səsləndirəndən sonra, Füzuli meyadına qədər yürüş kemiriblər. Aksiya polis müdaxiləsi olmadan başa çatıb.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.