Gənclər hərəkatının üzvləri iyulun 22-də “Fəvvarələr” meydanında qəzet oxuyacaq
“Dalğa” gənclər hərəkatı 22 İyul saat 18:00-dan 20:00-dək “Fəvvarələr” meydanında “Azad mətbuatı yaşadaq” şüarı ilə dinc aksiya keçirəcək. Aksiyada iştirak edənlər heç bir şüar səsləndirmədən, yürüş etmədən, sadəcə bir yerdə dayanaraq və ya oturaraq qəzet oxuyacaq. Məqsəd insanları azad mətbuata sahib çıxmağa təşviq etməkdir. Bu barədə “Dalğa” gənclər hərəkatının müraciətində deyilir.
“Təəssüf ki, bu gün Azərbaycanda mətbuatın dürümü acınacaqlı vəziyyətdədir. Belə ki, yeddi jurnalistin həbsdə olması, bir neçə qəzetin fəaliyyətini dayandırmaq məcburiyyətində qalması, “Diffamasiya haqqında” qanunun qəbul olunmaması, insanların mətbuata inamının azalması, azad mətbuatın dayağı olan liberal iqtisadiyyatın olmaması kimi hallar mövcuddur”, - deyə hərəkatdan bildirilir