Ülvi Həsənli: “Növbəti aksiyalarımız daha orijinal olacaq”
Xəbər verdiyimiz kimi, srağagün “Dalğa” Gənclər Hərəkatının təşəbbüsü ilə Bakının Fəvvarələr meydanında dinc etiraz aksiyası keçirilib. Özünəməxsus forması ilə seçilən aksiyada gənclər qəzet oxuyaraq ictimaiyyətə mətbuatın ağır durumda olması ilə bağlı mesaj veriblər. Amma aksiya polis zorakılığı ilə üzləşib və tədbirin təşkilatçıları - hərəkatın rəhbəri Ülvi Həsənli və üzvü Ramin Hacılı Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinə aparılıblar. İki saat bölmədə saxlanılan gənclər sonra sərbəst buraxılıblar.
Dünən bizimlə söhbətində R.Hacılı bildirdi ki, polis bölməsində olarkən onlara xəbərfarlıq protokolunu imzalamaq tapşırılıb. Müsahibimizin sözlərinə görə, protokolda guya ki, gənclərin icazəsiz piketə cəhd etmələri öz əksini tapıb. R.Hacılının dediyinə görə, polislərə bunun həqiqətə uyğun olmadığını, yəni onların heç bir aksiya keçirmədiyini izah etməyə çalışsa da, nəticə uğursuz olub: “Həmin protokola imza atmadıq. Bizi iki saat bölmədə saxladılar. Bölmənin qarşısında vəkillər, jurnalistlər, hüquq müdafiəçiləri vardı. Bizim hüquqlarımızı müdafiə etdiklərinə görə beynəlxalq təşkilatlara da, ictimaiyyətə də təşəkkür edirik”.
Ü.Həsənli isə bundan sonra bu cür orijinal aksiyaların davam edib-etməyəcəyi ilə bağlı suala konkret cavab vermədi. Onun sözlərinə görə, bu, qurumun İdarə Heyətinin sabahkı toplantısında müzakirə olunandan sonra bəlli olacaq. “Növbəti aksiyalarımız daha orijinal olacaq” deyən təşkilat sədrinin sözlərinə görə, polisin onlara qarşı sərgilədiyi qanunsuz davranışın cavabsız qalmayacağına çalışacaqlar: “Biz polisin bizim dinc şəkildə qəzet oxuma aksiyamızı zorakılıqla dağıtması barədə aidiyyəti orqanlara müraciət edəcəyik. Polisləri məhkəməyə verəcəyik. Bizə qarşı konkret hansı polisin xüsusi amansızlıq nümayiş etdirdiyini də bilirik və onların şəkilləri əlimizdə var. Bu polisləri məhkəməyə verib layiqli cəzalarının almasına çalışacağıq”.

Bundan başqa, müsahibimiz avqust ayının 1-də Beynəlxalq Mətbuat Mərkəzində “Dalğa” fəallarının hesabat xarakterli mətbuat konfransı keçirəcəklərini söylədi. Onun sözlərinə görə, bu, indiyədək hərəkat fəallarının keçirdiyi aksiyaların nəticələri, habelə bundan sonrakı planlarına həsr olunacaq.