1.8.07

“Dalğa” Gənclər Hərəkatı kitab oxumaq aksiyası keçirəcək


“Dalğa” Gənclər Hərəkatının sədri Ülvi Həsənli mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, təşkilat sədri gələcəkdə planlaşdırılan aksiyalar barədə məlumat verib: “Yaxın günlərdə kitab oxuma aksiyası keçirəcəyik. Sentyabrın 15-də yeni tədris ilinin başlaması ilə bağlı təşkilat üzvləri bir neçə universitetin qarşısında ali məktəblərdə rüşvətxorluğa qarşı mübarizəyə həsr olunmuş aksiya keçirməyi planlaşdırır. Aksiya zamanı rüşvətxorluq əleyhinə şüarlar səsləndirəcək”. Ü. Həsənli iyulun 22-də Mətbuat Günü ilə bağlı Fəvvarələr meydanında keçirdikləri dinc aksiyada polis tərəfindən təzyiqlərə məruz qaldıqlarını iddia edərək, daxili işlər naziri Ramil Usubova müraciət etdiklərini bildirib. 

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.