Təşkilat qurultaya hazırlaşır
QayNar: Dalğa Gənclər Hərəkatının (Dalğa GH) sədri Ülvi Həsənli vəzifəsindən istefa verib. Bu barədə qərarını Ü.Həsənli İdarə Heyətinin son iclasında açıqlayıb. İstefaya səbəb Dalğa GH-nın nizamnaməsə tələblərinə uyğun baş tutub. Nizamnaməyə görə, təşkilat sədri qurultaya ən azı 20 gün qalmış istefa verməlidir.Qeyd edək ki, hər il bir dəfə qurultay keçirən Dalganın növbəti qurultayı oktyabr ayında keçiriləcək.
Təşkilatın idarəetməsi müvəqqəti olaraq, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə ötürülüb. Nizamnaməyə uyğun olaraq, son iclasda qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılmışdır və Səda Həsənova komitənin rəhbəri seçilmişdir.
Oktyabrın 10-da keçirilməsi nəzərdə tutulan qurultayda sədrin hesabatı dinlənəcək, gizli səsvermə ilə növbəti 1 (bir) il üçün sədr və onun birinci müavini seçiləcək. Qurultayın 2-ci günündə Dalğa Gənclər Hərəkatının 1 (bir) il müddətinə İdarə Heyəti və müxtəlif sahələr üzrə koordinatorlar, həmçinin komissiya sədrləri müəyyənləşəcək.
