11.9.07

Gənclər “Terrora YOX” dedi


Polis “Dalğa”çı gəncləri polis bölməsində girov saxladı
QayNar: ABŞ-da baş verən məlum 11 sentyabr terror aktının 6-cı ildönümü ilə bağlı Dalğa Gənclər Hərəkatının bir qrup üzvünün ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında keşirdiyi aksiyaya polis müdaxilə edib.
Aksiya başlamadan polis qrup halında hərəkət edən aksiyaşıları saxlamağa, əllərindəki şüar və əkiz binaların maketlərini almağa cəhd edib.
Gənclərin aksiyanın dinc xarakter daşıması ilə bağlı verdiyi izahatlara rəşmən, polislər onları 22-ci polis bölməsinə aparmışlar. Hərəkatın sədri Ülvi Həsənlini və bir neçə üzvünü qəbul edən polis kapitanı yalnız polsi müayiəti ilə bir nəfər Dalğa nümayəndəsinin şüar və maketləri ABŞ səfirliyinə təqdim etməyə icazə vermişdir.
Hərakatın digər üzvləri izə bü müddət ərzində bölmədə “girov” qismində saxlanılıb.
ABŞ səfirliyinə gedən hərəkatçı situasiyanı səfirlik nümayəndələrinin nəzərinə çatdirandan sonra səfirlikdən bölmə ilə əlaqə saxlayaraq onların azadlığa buraxılmasını xahiş etmişlər. Bundan sonra gəncləri səfirlikdə siyasi büronun rəhbəri olan Con Palaşik qəbul etmişdir. Gənclər maketi və şüarı səfirliyin nümayəndəsinə təqdim etdərək insanlığa qarşı yönəlmiş bütün aktları, həmçinin terroru pislədiklərini bildirmişlər. Xanım Palaşek Dalğa Gənclər Hərəkatına təşəkkürünü bildirmiş və polislərin bu aksiyanın keçirilməsinə qarşı cəhdlərinə təssüffləndiyini bildirmişdir. 

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.