5.10.07

DALĞA qurultaya hazırlaşır


Bazarertəsi yeni sədr seçiləcək
QayNar: 8 oktyabr 2007-ci ildə saat 14:00-dan 16:00-dək Dalğa Gənclər Hərəkatının (Dalğa GH) Beynəlxalq Mətbuat Mərkəzində (BMM) II qurultayı keçiriləcəkdir. Qurultaya  Dalğa Gənclər Hərəkatı 91 üzvü nümayəndə seçilib. Qurultayda növbəti 1 (bir) il üçün sədr və onun birinci müavini gizli səsvermə yolu ilə seçiləcəkdir. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, səfirliklərin, gənclər təşkilatlarının və ictimaiyyətin tanınmış nümayəndələri, KİV dəvət olunmuşdur. 

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.