3.10.07

Dalğaçılar Yeseninin doğum gününü qeyd etdilər


QayNar: 3 oktyabr 2007-ci il dahi Rus yazıçısı Sergey Yeseninin doğum günüdür. Bu münasibətlə Dalğa Gənclər Hərəkatı (Dalğa GH)  üzvləri  S.Yeseninin Mərdəkanda yerləşən, “Nəbatət bağı”ndakı “Yesenin xatirə muzeyin”i ziyarət etmişlər. Gənclər yaxalarına S. Yeseninin şəkillərini vurmuş, onun şeirlərindən oxumuş və barəsində danışmışlar.
Xatırladaq ki, Dalğa Gənclər Hərəkatının Mədəniyyət Departamenti dünya mədəniyyətinə, millətindən asılı olmayaraq töhvələr verən insanları müxtəlif tədbirlərlə yaşatmağa çalışır, gəncləri bəşəriyyətin inkişafına xidmət edən insanları daim örnək almağa çağırır.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.