19.10.07

DALĞAdan DAHA BİR AKSİYA


Türkiyə və ABŞ səfirliklərinin qarşısında piket keçirildi
Bu gün “Dalğa” Gənclər Hərəkatının bir qrup üzvü eyni vaxtda  saat 15.00-da Türkiyə və ABŞ-ın Azərbaycandakı səfirliklərinin binaları qarşısında piket keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları ABŞ səfirliyinin binası qarşısında bu ölkənin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı”nı tanıyan qətnamənin qəbuluna öz etirazlarını bildiriblər. Piketçilərə yaxınlaşan səfirliyin nümayəndəsi Con Polanşik qətnamə layihəsinin Nümayəndələr Palatasında təsdiqlənməyəcəyinə ümid etdiklərini söyləyib. Türkiyə səfirliyinin qarşısında isə təşkilat üzvləri bu ölkə ilə həmrəylik nümayiş etdiriblər. İnsidentsiz ötüşən hər iki aksiyada piketin qətnaməsi oxunub və səfirliklərə təqdim olunub.


Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.