DALĞAnın yeni sədri Vəfa CƏFƏROVA
Nüfuzlu gənclər hərəkatının yeni sədri xanım oldu
8 oktyabr 2007-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) saat 14:00-dan 16:00-a qədər Dalğa Gənclər Hərəkatının qurultayı keçirilmişdir. Mətbuata və cəmiyyətə açıq olan tədbirdə müxtəlif təşkilatların təmsilçiləri, ictimaiyyətin tanınmış nümayəndələri və KİV iştirak etmişdir.
Qurultayı açılış nitqi ilə Dalğa Gənclər Hərəkatı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Səda Həsənova açmışdır. O, qeyd etmişdir ki, hal-hazırda qurultayın 1-ci hissəsi keçirilir və biz bu tədbirdə Dalğa Gənclər Hərəkatının növbəti bir il üçün sədrini və onun birinci müavinini seçəcəyik. Səda xanım son 1 ildə hərəkata sədrlik etmiş Ülvi Həsənliyəhesabat xarakterli çıxış üçün söz vermişdir. Ülvi Həsənli çıxışında bildirmişdir ki, onun rəhbərlik etdiyi dövrdə Dalğa əsasən özünün fundamental problem hesab etdikləri məsələlərə cəmiyyətin diqqətini çəkmək üçün orijinal aksiyalar həyata keçirmişdir: “Həyata keçirdiyimiz aksiyalarla yanaşı biz problemdən çıxış yolu olan təkliflər hazırlayaraq aidiyyatı orqanlara vermişik.”
Ülvi Həsənli yeni kadrlar hazırlamaq məqsədilə müxtəlif klubların yaradıldığını da qeyd etdi. Daha sonra söz alan Dalğa Gənclər Hərəkatının üzvü Elşən Poladlı hərəkatın son 3 illik fəaliyyətində əsasən liberal-demokratik dəyərləri yaymağa və müdafiə etməyə çalışdıqlarını bildirmişdir: “Biz bir təşkilat olaraq, sivil üsullardan istifadə edərək, qanunlar çərçivəsində liberal dəyərləri gənclər arasında yaymağa və dünyanın çatdığı mədəni inkişafı Azərbaycana daşımağa çalışmışıq”. E. Poladlı dalğaçıların öz prinsiplərinə və ideyalarına hər zaman sadiq qaldıqlarını qeyd etdi.
Qurultayda iştirak edən tanınmış politoloq Vəfa Quluzadə Azərbaycanda müstəqil və pozitiv mövqe sərgiləyən və səmimi olan quruma həqiqətən də böyük ehtiyac olduğunu bildirərək, Dalğanı bir ilkə imza atdığı üçün təbrik etdi: “Xalqlaşma prosesində bu tipli hərəkatların mövcud olması və belə səmimi olması çox vacibdir. Dalğanın işlərinə baxdığım zaman mən çox sevinirəm ki, Azərbaycan gəncləri bu cür gözəl xətt seçmişlər.”
Daha sonra çıxış edən bəstəkar Elmir Mirzəyev Dalğa Gənclər Hərəkatında gender məsələsində çox ciddi uğurun olduğunu dilə gətirərək, bunun təqdirəlayiq hal olduğunu bildirdi: “Təəssüflər olsun ki, cəmiyyətdə xanımların aktivliyi hiss olunur. Amma, Dalğada mən deyərdim ki, xanımlar hətta dominantlıq təşkil edir ki, bu da gözəl haldır.”
Çıxış üçün söz millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəyəverildi. Asim bəy çıxışında dalğaçıların çətin yol seçdiklərini bildirdi: “Dalğa Gənclər Hərəkatı üzvləri rüşvət verərək işlərini rahatlaşdırmaq yox, bu kimi neqativ hallarla mübarizə aparmaq və təhsilə xüsusi diqqət ayırmaq yolu seçiblər. Təəssüflər olsun ki, bizim cəmiyyətdə də bu çətin yol hesab olunur. Gənclərin it hürən tərəfə yox, işıq gələn tərəfə getdiyini nəzərə alaraq həm Vəfa müəllim, həm mən, həm də digər sovet dövründə yaşamış insanlar bu çətin işlərdə gənclərə dəstək olmalıyıq”.
Çıxış üçün söz alan dinşünas alim Hacı İlqar İbrahimoğlu gənclərin fəaliyyətini yaxından izlədiyini və Dalğanın çox uğurlu və lazımlı işlər gördüyünü dilə gətirdi: “Biz həmişə Dalğanı müdafiə etməyə çalışmışıq. Çünki, bu gənclər ətalətdən uzaq olmaqla yanaşı, həm də cəmiyyəti ətalətdən çıxarmağa çalışırlar. Mən bu gənclərə doqmalardan uzaq olmağı və pozitiv mövqelərdə davam etməyi arzu edirəm”.
“Alma” qəzetinin baş redaktoru İsrail Musayev, yazıçı-publisist Həmid Herisçi və “Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə Dalğa Gənclər Hərəkatına gələcək işlərində uğurlar arzu etdilər, hər zaman iradəli, dönməz və mədəniyyəti əsas alaraq fəaliyyət göstərməyi arzu etdilər.
Sədrliyə namizədlər Ülviyyə Qasımova və onun 1-ci müavini Səda Həsənova, Vəfa Cəfərova və onun 1-ci müavini Nərmin Nazimqızı, Ülvi Həsənli və onun 1-ci müaviniElvin Kazımlı platformalarını açıqlamaq üçün kürsüyə qalxdılar. Ülvi Həsənli öz namizədliyini Vəfa Cəfərovanın xeyrinə geri çəkdiyini bəyan edərək bildirdi: “Biz dildə yox, həm də əməldə xanımlara meydan verməyə çalışmalıyıq. Mən bundan sonra da Dalğada öz fəaliyyətimi davam etdirmək niyyətindəyəm və gələcək sədrə uğurlar arzu edirəm.”
Nəhayət, seçkiyə start verildi. Mandatlı nümayəndələr Seçki Monitorinq Mərkəzininmüşaiyəti ilə şəffaf qutuya yaxınlaşaraq səs verməyə başladılar. Digər təşkilatların eləcə də, SMM-in nümayəndəsinin iştirakı ilə seçkilərin nəticələri səsvermədən dərhal sonra açıqlandı. Seçkidə mandat almış 91 nəfərdən 66-sı iştirak edirdi ki, bunlardan 46 nəfərV.Cəfərovaya, 9 nəfər Ülviyyə Qasımovaya səs verdilər. 11 bülleten isə etibarsız hesab olundu. SMM-in nümayəndəsi Bəşir Süleymanov ilk dəfə hər hansı bir təşkilatın seçkilərini müşahidə etdiklərini bildirdi: “ Seçkilər tam şəffaf və demokratik keçdi. Bu münasibətlə Dalğa Gənclər Hərəkatını təbrik edir, yeni sədrə uğurlar arzulayıram”.
Yeni sədr V.Cəfərova Dalğaya rəhbərlik edəcəyi bir il müddətində hərəkatın prinsiplərinə və ideyalarına sadiq qalacağına, Dalğanın daha da güclənməsi üçün bütün güclərini səfərbər edəcəyini bəyan etdi. Bununla da qurultayın birinci hissəsi başa çatdı.
Qeyd edək ki, qurultayın 2-ci hissəsi 14 oktyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının ofisində cəmiyyətə açıq bir şəkildə keçiriləcək. Həmin hissədə koordinatorluqlar, idarə heyəti və komissiyalar formalaşdırılacaq.