Çoxsaylı hərakat üzvü polis bölməsinin qabağında ağızlarını skoçlayıblar
17:45: Dalğaşıların 9-cu bölmədə saxlanan üzvlərin azadlığa buraxılmasıtələbi ilə bölmənin həyətində ağzı skoçlu halda keçirdikləri aksiyanı da polis dağıdıb. Aksiyanı jurnalistlər və hüquq müdafiəçiləri də izləyib. Hazırda tutulanlardan bir-biri izahat alınaraq sərbəst buraxırlar. Bu saata olan məlumata görə, artıq tutulanlardan 5-buraxılıb.
17:08: Dalğa GH-nın polis tərəfindən saxlanılan 11 üzvü hələ də sərbəst buraxılmayıb. Hüquq müdafiəçisi gənclərin azadlğa buraxılması məqsədi ilə danışıqlar aparır.
15:45: "Dalğa Gənclər Hərakatının üzvləri bir neçə gündür ki, “Mənim Şəhərim” həftəsi elan edərək Bakının təmizliyini qorumaq məqsədilə həftə boyunca silsilə tədbirlər keçirir. Bu gün 15:00-da "İçərişəhər bizimdir" şüarıyla Qız Qalasının ətrafında aksiya keçirən hərkat üzvlərinə qarşı polis zor tətbiq edib. QayNar müxbirinin hadisə yerindən verdiyi məlumata görə, gənclər özlərini Qız Qalasının ətrafındakı dəmirlərə zəncirlə bərkidərək, simvolik etraz aksiyası keçiriblər. 9-cu Polis bölməsinin əməkdaşları aksiyanı dağıtmaq üçün zor tətbiq ediblər. Hərəkatın 11 üzvü zorla polis bölməsinə aparılıb. Gənclər arasında xəsarət alanlar var. Hərakatın bayrağı polis tərəfindən alınıb. Polis Dalğa GH-nın sədri Vəfa xanım Cəfərovanın mobil telefonunu da sındırıb.
Tutulanlar hələ də 9-cu bölmədə saxlanılır.
Aldığımız məlumata görə, Dalğa GH-nın digər üzvləri hal-hazırda polis bölməsinin qarçısına toplaşıb, burada "Azadlıq" şüarıyla ağızları skoçlu aksiya keçirməyə hazırlaşırlar.
Xatırladaq ki, «Dalğa» GH son bir neçə gündə «Tramvaya abidə qoyaq», «Hər kəsə bir ağac qoruyaq», «Təmiz şəhər» adlı aksiyalar keçirib.