14.11.07

«Dalğa»çılar polis bölməsindən buraxılıblar

«Dalğa»çılar polis bölməsindən buraxılıblar 

QayNar: Xəbər verdiyimiz kimi, bu gün «Dalğa» Gənclər Hərəkatı meriya qarşısında aksiya keçirib. Aksiya zamanı polis tərəfindən saxlanılan 10 nəfər hərəkat üzvü Səbayel Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılaraq, bir saatdan artıq bölmədə saxlanılandan sonra
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovun müdaxiləsiylə azadlığa buraxılıblar.  Həbsin səbəbi barədə məlumat verən «Dalğa» Gənclər Hərəkatının sədri Vəfa Cəfərova bildirdi ki, onlar «Ekologiya həftəliyi» çərçivəsində aksiya keçirərkən yaxalanıblar. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin önündəki ağacları suladıqdan sonra aksiya iştirakçıları əllərindəki vedrələri İcra Hakimiyyətinə təqdim ediblər. Bu zaman meriya əməkdaşları təşəkkür edərək, rəhbərliyin onlarla görüşmək istədiyini bildiriblər. Təxminən 10 dəqiqədən sonra isə iki polis maşını gələrək hərəkatçıları həbs edib. Polis bölməsində ifadə verdikdən sonra gənclər hərəkatçılar azadlığa buraxılıblar

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.