23.12.07

Dalğa GH-dan xeyriyyə aksiyası


“Su şəffaflığın başlanğıcıdır!”
22 dekabr 2007-ci il, saat 14:00-dan 14:30-dək Dalğa Gənclər Hərəkatı (Dalğa GH) Bakı şəhəri, Yasamal rayonunda xeyriyyə aksiyası həyata keçirmişdir. Hərəkatçılar BDU-nin yataqxanasında məskunlaşmış məcburi köçkünlərə  vedrələrlə su daşımışlar. 7 nömrəli binanın sakinləri neçə illərdi su problemi yaşamaqdadır. Gənclər təxminən 400-500 metr uzaqlıqdan 5 mərtəbəli binanı bütün mərtəbələrinə “Su şəffaflığın başlanğıcıdır!” devizi ilə su daşımışdır. Həmən binanın sakinləri dalğaçılara bu problemi qaldırdıqları üçün minnətdarlıqlarını və  problemin həll ediləcəyi anı səbrsizliklə gözlədiklərini bildirmişlər.
Aksiya zamanı heç bir insident baş verməmişdir. Qeyd edək ki, yaxın günlərdə bu problemin həll olunması üçün aidiyyatı orqanlara müraciət ediləcək.
Dalğa Gənclər Hərəkatı ictimaiyyəti xüsusəndə KİV-i bu məsələyə diqqət ayırmağa çağırır.









Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.