3.12.07

DALĞAçılar sərbəst buraxıldı


 Bölmədə saxlanılanlarla polis kobud davranıb
19:57: Polis bölməsində gənclərin inzibati xətalara yol vermələrilə bağlı protokol tərtib olunub və onlardan sənədi imzalamaları tələb olunub. «Dalğa»nın üzvləri isə heç bir xətaya yol vermədiklərindən sənədi imzalamaqdan imtina ediblər. Vəfə Cəfərli «Azadlıq» radiosuna bildirib ki, polis onlarla olduqca kobud davranıb.
İnsan haqları müdafiəçiləri Səidə Qocamanlı və Arzu Abdullayeva polis bölməsinə gələrək gənclərin buraxılmasını tələb etsələr də, hələlik polis hərəkat üzvlərini sərbəst buraxmayıb. Son məlumata görə, piketçilər sərbəst buraxılıb.
Polisin saxladığı 6 hərəkat üzvü 4 saatdan artıqdır ki, bölmədədir
17:56 Artıq 4 saatdan artıqdır ki, 6 Dalğaçı polis bölməsində saxlanılır. Hüquq müdafiəçiləri Elçin Behbudov, Novella Cəfəroğlu və başqalarının müdaxiləsinə baxmayaraq, polis onları sərbəst buraxmayıb. Aldığımız məlumata görə, polis saxladığı 6 nəfərin (3 qız, 3 oğlan) işini məhkəməyə göndərməyə hazırlaşır.
15:41: "Dalğa" gənclər hərəkatının fəalları bu gün növbəti etiraz aksiyası keçiriblər. Bu dəfə aksiya Bakıda ekologiyanın müdafiəsinə həsr olunub və avtomobil nəqliyyatının istifadəsini məhdudlaşdırmaq tələbi ilə keçirilib. Alternativ kimi gənclər həmvətənlərini velosipedlərdən istifadə etməyə çağırıblar. Aksiya iştirakçıları dənizkənarı bulvarda Kukla Teatrından Dəniz Vağzalı istiqamətində velosipedlərlə yürüş keçiriblər. Onlar üzərlərinə "İşə velosipedlə get!", "Avtomobildən imtina et!" şüarları yazılan plakatlar asmışdılar. Gənclər həmçinin Bakıda xüsusi velosiped yollarının salınmasını tələb ediblər.
Lakin polis növbəti dəfə gənclərin zərərsiz aksiyasının qarşısını alıb. Onlardan ikisi hələ aksiya başlamazdan əvvəl saxlanılıb. Polis velosipedlə gedən daha üç aksiya iştirakçısına çataraq, onları saxlamağa müvəffəq olub.
Bundan sonra polis bulvarda velosiped icarəyə verənlərə işi dayandırmağı və velosipedləri yığışdırmağı əmr edib

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.