11 nəfər Dalğaçı həbs edilib
Dünən saat 18:00-da Dalğa Gənclər Hərəkatının üzvləri şəhərdə fəaliyyət göstərən klublardan birində yeni il şənliyi keçirmək üçün toplanmışlar. Şənlikdə həm də digər gənclər təşkilatlarının nümayəndələri və xüsusi qonaqlar da iştirak edirdi. 24:00-a qədər davam etməsi nəzərdə tutulan tədbir yarımçıq saxlanılıb. Bir qrup gənc bayırda dayandığı zaman polis heç bir əsas gətirmədən onları Nəsimi rayon Baş Polis İdarəsini aparmışdır. Hərəkatçılardan bəzilərini isə kluba daxil olaraq oradan zorla çıxarmış və polis maşınlarına mindirirək naməlum istiqamətə aparmışlar. Bu dəqiqələrdə Hərəkatçılar NRBPİ-dədirlər və onlardan heç bir xəbər yoxdur. Dalğaçılarla əlaqə saxlamağa çalışsaq da onların telefonlarına zəng çatmadığından cəhdimiz baş tutmadı.
Hadisələri nəzarətdə saxlayacağıq.
Hadisələri nəzarətdə saxlayacağıq.
Dalğaçılar izahatları alındıqdan sonra sərbəst buraxıblar. Gənclərdən aldığımız məlumata görə ilk başda onlara qarşı kobud davranılsa da, sonradan keçirilən karnavalda heç bir qanunsuz halın baş verdiyi aydınlaşdırılmış və onlar sərbəst buraxılmışlar.
