14.12.07

Dalğadan daha bir aksiya


"Biz susaqmı?"-deyə keçirilən aksiya yenə orijinallığı ilə seçildi
Dalğa Gənclər Hərəkatı 10 dekabr Ümumdünya İnsan Haqqları günü ilə bağlı dekabrın 10-dan 16-a qədər olan həftəni «İnsan Haqqları Həftəsi» elan etməsi barədəməlumat vermişdik. Həftə ərzində müxtəlif tədbirlər və aksiyaların keçirilməsini nəzərdə tutan Dalğaçılar bu gün saat 15.30-da BMM-də "Biz susaqmı?" şüarıyla tədbir keçirib. Tədbir Artmob- tamaşa xarakterli olub və Dalğanın digər aksiyaları kimi bu dəfə də öz orijinallığı ilə seçilib.
Tədbirdə iştirak edən gənclər iki hissəyə ayrılıb: "Susan gənclik" və "Susmayan gənclik". Əgər "Susan gənclik" zalda kart oynayıb, şit musiqiləri dinləyərək, danışanlara, çıxış edənlərə mane olmaqla məşğul idisə, "Susmayan gənclik" Dalğanın gördüyü işlərdən (Rövşən Nəcəfov), qadın problemlərindən (Günay Qasımova) və Azərbaycanda demokratiyanın inkişafıprosesində ortaya çıxan əngəllərdən (Natiq Rəsulov)  danışırdılar.
Dalğa GH-nın sədri Vəfa Cəfərova bildirdi ki, "İnsan haqları həftəsi"ndən bu növbəti tədbiri də açıq havada keçirmək istədiyirdilər, amma polisin son zamanlar onların aksiyalarına zorakılıqla müdaxilə edib, tədbirləri yarımçıq kəsməsi üzündən BMM-ə gəliblər.
Tədbirdə qonaq qismində iştirak edən hüquq müdafiəçilərindən Novella Cəfəroğlu, Səidə Qocamanlı, Çahbaz Xuduoğlu çıxış edərək, Dalğanın fəaliyyətini alqışladıqlarını bildirərərək, Dalğaçılara susmamağı və uğurlu fəaliyyətlərinə davam etmələrini arzuladılar.





Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.