Dalğa GH həftə boyunca silsilə tədbirlər keçirir
Dalğa Gənclər Hərəkatı 10 dekabr Ümumdünya İnsan Haqqları günü ilə bağlı dekabrın 10-dan 16-a qədər olan həftəni «İnsan Haqqları Həftəsi» elan etmişdir. Həftə ərzində müxtəlif tədbirlər və aksiyaların keçirilməsi nəzərdə tutulur.
Həftənin ilk günü, yəni 10 dekabrda Hərəkatın mərkəzi ofisində Güney Azərbaycandan gəlmiş Zeytoon rock qrupunun iştirakı ilə müzakirə təşkil olunmuş, həmçinin qrupun insan haqqlarına həsr etdiyi musiqiləri dinləmişlər.
Həftənin ikinci günündə hərəkat üzvləri Avropa Evinin Bakı ofisində isə Dalğa GH-nın rəhbərliyi ilə Avropa Evinin Koordinatoru xanım İnqrid Angela Qössingerlə görüş keçirilib. Həmçinin Azərbaycanda və dünyada fəaliyyət göstərən Beynəlxalq Təşkilatlara ölkəmizdəki insan haqqlarının vəziyyəti ilə bağlı məlumat göndərilib. E-mail məktubun mətni aşağıdakı kimidir:
Azərbaycanda insan haqqlarının pozulması halları müşaiət olunur ki, buna dünya ictimaiyəti biganə qalmamamlıdır. Biz başa düşürük ki, demokratiya humanitar yardım deyil. Amma onu da bilirik ki, demokratiyanı inkişaf etdirməyə can atan insanlar, öz demokrat qardaşlarından haqlı olaraq dəstək umurlar. Əgər bu dəstək kifayət qədər olmursa, demokratiya fədailəri konkret modellər ola-ola hər şəyə başdan başlamaq məcburiyyətində qalırlar. Bütün bunları nəzərə alaraq biz - Dalğa Gənclər Hərəkatı (Dalğa-GH) dünya demokratlarını azərbaycanlı həmfikirlərinə maksimum dəstək göstərməyə çağırırıq.
Biz, öz yerimizə kimlərinsə gəlib vətənimizdə demokratiya qurmasını gözləmirik.Yalnız aşağıdakı dəstək mexanizmlərini maksimum artırmaq lazımdır:

1. Vətəndaş cəmiyyəti quruculuğuna yardım üçün QHT-lərə maliyyə yardımı.
2. Ölkəmizdə baş verənləri dünya miqyası vasitəsilə işıqlandırmaq.
3. Demokratiyanın inkişaf modellərinin ölkəmizə tətbiq olunması üçün intellektual dəstək.
4. Sadə insanların haqqlarını qorumaq üçün dövlət orqanları ilə vətəndaşlar arasında təması inkişaf etdirmək.
Həftənin 3-cü günü Hərəkatın mərkəzi ofisində tanınmış vəkil İsaxan Aşurovun iştirakı ilə «Hüquqlarımızı necə qorumalıyıq?» mövzusunda seminar keçirilmişdir. Seminarda gənclərə polis əməkdaşları yaxınalaşdıqda və polis bölməsində vətəndaşların hansı hüquqlara malik olduqlarını məruzəçi qonaq izah etmişdir.
İnsan Haqqları həftəsinin 4-cü günündə hüquq müdafiəçisi Arzu Abdullayeva və Media Hüquqları İnstitutunun direktoru, hüquqşünas Rəşid Hacılının iştirakı ilə Hərəkatın mərkəzi ofisində «Dəyirmi masa» təşkil olunmuşdur. «Dəyirmi masa»nın mövzusu «İnsan Haqqlarının müqəddəsliyi» olmuşdur.