31.1.08

14 NƏFƏR DALĞAçı HƏBS OLUNDU- FOTOLAR


Gənclər Rəsulzadəyə canlı heykəl qoydular
19.25: Səbail rayon məhəməsində bu gün Kukla tetarının qarşısında aksiya keçirəərkən hb olunan 11 Dalğaçının məhkəməsi keçirilib. Məhkəmə saxlanılanlra bir-biri yazılı xəbərdarlıq etdikdən sonra onları azadlığa buraxıb.
17.40: Verdiyimiz məlumat təsdiqləndi. 9-cu bölmədə saxlanılan 11 Dalğaçı gənci bi neçə dəqiqə əvvəl avtobusa mindirərək, Səbail rayon məhkəməsinə aparıblar.
17.15: Az öncə "qaynar.info"-ya verilən məlumata görə, 9-cu polis bölməsinin rəisinin ABŞ səfirliyinin məsul şəxsləri ilə görüşdə verdiyi sözə baxmayaraq, saxlanılan 11 Dalğaçı gəncin şəxsiyyət vəsiqələri toplanıb və sənədlərin məhkəməyə göndərilməsinə hazırlıq görülür.
17.00: Dalğa Gənclər Hərəkatının sədri, hazırda təhsili ilə bağlı Gürcüstanda olan Vəfa Cəfərova bu gün Hərəkat üzvlərinin həbs olunmasına etiraz olaraq, Tbilisidə təhsil aldığı universitetin (GİPA-Georgian İnstute Publik Affers) qarşısında qar üzərində ayaqyalın aksiya həyata keçirib. Aksiyadan şəkillər Fotosessiyaya əlavə olunur
16: 51: Hal-hazırda aldığımız məlumata görə ABŞ səfirliyinin siyasi-ictimai əlaqələr departamentinin rəhbəri Fəxri Abbasov və İnsan haqları şöbəsinin rəhbəri Pərviz Məmmədov  9-cu polis bölməsinin qarşısındadırlar. Onlar az öncə bölmə rəisinin qəbulunda olublar. Onların "qaynar.info"-ya verdiyi məlumata görə, bölmə rəisi saxlanılan Dalğaçıların tezliklə sərbəst buraxılacağına söz verib.
Hazırda bölmənin qarşısında Dalğaçılar və saxlanmış üzvlərin valideynləri də var.
16.05: "Qaynar.info"-ya verilən məlumata görə, artıq saxlanılanlardan 3 nəfər (Ramin Hacılı, Rövşən Nəcəfov, Pənah Əliyev) sərbəst buraxılıb.  Onlar 39-cu bölmədə saxlanılırdılar. Daha 11 nəfər isə 9-cu polis bölməsində saxlanılır. Onların evlərinə zəng edərək, valideynlərini polis bölməsinə çağırmağa başlayıblar. Dalğaçıların verdiyi məlumata görə, bununla gənclərdə və ailələrində xof yaratmaq məqsədi güdürlər.
14.15: Dalğa Gənclər Hərəkatının Məmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı planlaşdırdığı aksiyaya polis müdaxilə edib. Bu gün saat 13:00-da nəzərdə tutulmuş aksiyanın başlamasına 2 saat qalmış 3 nəfər Dalğaçı metronun Sahil stansiyası yaxınlığında gül alarkən polis nəfərləri tərəfindən saxlanılaraq Səbail rayon 39-cu polis bölməsinə aparılıblar. Buna baxmayaraq aksiyanı keçirmək qərarından dönməyən Dalğaçılar əvvəlcədən planlaşdırılan yerə gəlmişlər. İştirakçılardan 1 nəfər üzünə M.Ə.Rəsulzadənin maskasını taxaraq öndərin heykəliymiş kimi fontanın yanında dayanıb. Bu zaman ona yaxınlaşan Dalğaçılar “heykəl”in ayaqları altına güllər düzmüş, onun xatirəsini yad etmişlər. Dalğaçılar eyni zamanda fontana da gül ləçəkləri və güllər ataraq, burada əslində Rəsulzadə abidəsinin ucalmalı olduğunu və bu gün buranın güllərlə əhatələnməli olduğunu bildirmək istəmişlər. Dalğaçılar gülləri düzdükdən sonra oraya yaxınlaşan polis nəfərləri 11 nəfər Dalğaçını Səbail rayon polis bölməsinə aparmışlar. Dalğaçılardan az öncə aldığımız məlumata görə polis işçiləri onları polisin istədiyi qədər bölmədə saxlayacaqları ilə hədələyirlər.
Saxlananlardan biri Ramil Hacılı polis bölməsindən «Azadlıq» radiosuna bildirib ki, onlardan izahat alıblar:
«Burda bizdən izahat alınır, şəxsiyyət vəsiqəmizi tələb edirlər. Hələ burdayıq…»
Bölmədən «Dalğa»nın sədr əvəzi Araz Qasımov isə bunları deyib:
«Biz Məmməd Əmin Rəsulzadənin xatirəsini yaşatmaq üçün oraya insan qismində heykəl qoyduq və heykəlin qabağına güllər düzməyə başladıq. Polis müdaxilə etdi. Bizi taksilərə oturdub bölməyə gətirdilər. Bizə protokol yazdırmaq istədilər, ancaq qanun pozuntusu olmadığı üçün biz bundan imtina etdik, dinc aksiya keçirmişdik, gül qoymuşduq».











Vəfa Cəfərovanın Gürcüstanın paytaxtında keçirdiyi etiraz aksiyası



Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.