Gənclər Hərəkatı Rəsulzadənin ad günü və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı insanları gəzintiyə dəvət etdi
Bu gün saat 13:00-da Beynəlxalq Mətbuat Mərkəzində Dalğa Gənclər Hərəkatı (Dalğa GH) “M.Ə.Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyəti: Gələcək inkişafımızda hansı dəyərlərə istinad etməliyik?” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Dalğa GH-nın sədr əvəzi Araz Qasımov bildirdi ki, bu il Xalq Cumhuriyyətinin 90 illiyidir: “Biz Dalğa GH olaraq hesab edirik ki, Xalq Cümhuriyyəti bizim tariximizin şanlı səhifələrindəndir və biz bu il müxtəlif silsilə tədbirlər keçirməyi düşünürük ki, onun başlanğıcı kimi də bu tədbiri qeyd etmək olar. Sabah mütəfəkkir və Xalq Cumhuriyyətinin banisi Rəsulzadənin doğum günüdür və biz bununla bağlı silsilə tədbirlər həyata keçirəcəyik. Belə ki, Rəsulzadənin Novxanıda yerləşən heykəlinin önünə, 28 may metrosunun içərisində yerləşən Rəsulzadənin portretinin önünə, Rəsulzadənin adını daşıyan və Səbail rayonunda yerləşən küçəyə, Demokratiya (Sahil) bağına, Neftçilər prospekti ilə Rəsulzadə küçəsinin kəsişməsində yerləşən və Rəsulzadənin heykəlinin qoyulması üçün nəzərdə tutulan yerə (həmin yerdə hazl-hazırda fontan tikilib), Bakı Dövlət Universitetinin önünə, Rəsulzadə qəsəbəsinin girişinə və İstiqlaliyyət küçəsində yerləşən “İstiqlaliyyət abidəsi”nin önünə tər güllər düzəcəyik.
Daha sonra o, sözü Dalğa GH-nın Media Koordinatoru Cavid Ramazanova verdi. C.Ramazanov Xalq Cümhuriyyətinin və Məmməd Əmin Rəsulzadənin tarixi əhəmiyyətindən danışaraq bildirdi ki, təəssüflər olsun ki, M.Ə.Rəsulzadəyə qarşı olan qısqanc münasibət nəticəsində o öz adekvat qiymətini almır: “Hətta bəzən iddia olunur ki, guya M.Ə.Rəsulzadənin tarixi rolu şişirdilir, amma əslində obyektiv olaraq baxsaq görərik ki, M.Ə.Rəsulzadə nəinki Azərbaycan tarixində, ümumi dünya tarixdə də mühüm yer tutur. M.Ə.Rəsulzadənin adını tarixdən silmək cəhdləri tarixə qarşı edilmiş təcavüz hesab olunmalıdır.”
C.Ramazanovdan sonra çıxış edən Alumni Şəbəkəsinin (Alumni Network) təsisçilərindən Emin Milli (Abdullayev) çıxış edərək bildirdi ki, dünyada yaşayan milyonlarla azərbaycanlı dünyanın böyük şəhərlərində Rəsulzadəyə heykəl qoyulması təşəbüssü ilə çıxış etsə, bu həm Azərbaycan üçün həm də dünya üçün demokratik addım olardı, çünki Rəsulzadə hər zaman demokratik ideyalara sadıq qalmış böyük şəxsiyyətdir. Bununla yanaşı Emin Milli Rəsulzadənin heykəlinin ucaldılması üçün nəzərdə tutulmuş yerdə tikilən fontana vətəndaşlar arasında Rəsulzadə fontanı deyilməsini təklif etdi.
Söz alan Ramin Hacılı vətəndaşları Rəsulzadənin və Xalq Cümhuriyyətinin adının əbədiləşdirilməsi ilə bağlı aktiv olmağa çağırdı: “Əgər biz • minlərlə insan Rəsulzadənin şəkilini yaxamıza taxıb sadəcə olaraq gəzintilər təşkil etsək, bu minvalla dövlət də insanların istəyini nəzərə alıb Rəsulzadənin adını əbədiləşdirər. Sadəcə Azərbaycan insanı ziyalılarımızın passivliyi nəticəsində ətalətə qapılıb.” Daha sonra Ramin Hacılı bu kampaniyanı bütləşdirmə kimi yox, tariximizin şanlı səhifələrinin qabardılması kimi qiymətləndirilməsinin doğru olacaığı bildirdi.
Digər çıxışçılar qeyd etdilər ki, nə qədər ki Azərbaycan gəncliyi Rəsulzadənin və Xalq Cümhuriyyətinin adını unutmayıb, deməli bu adları insanların ürəyindən silmək münkün olmayacaqdır.
Tədbir Məmməd Əmin Rəsulzadənin 1953-cü ildə “Amerikanın Səsi” radiosundakını çıxışını səsləndirməklə yekunlaşdı.