12.2.08

DALĞA GƏNCLƏR HƏRƏKATI 3 YAŞINI QEYD EDİB




Bu gün Bakı Caz Mərkəzində Dalğa Gənclər Hərəkatı 3 yaşını qeyd edib. Mərasimə siyasi partiya nümayəndələri,  hüquq müdafiəçiləri, jurnalistlər, xarici ölkələrin diplomatik nümayəndələrinin üzvləri, müxtəlif gənclər təşkilatlarının sədrləri qatılıb. Mərasimə qatılan qonaqlar tədbirdə Dalğa Gənclər Hərəkatının cəmiyyətdəki mövqeyindən, təşkilatın demokratiya və azadlıq mübarizəsindən danışıblar. Tədbirin sonunda gənc bəstəkar Firudin Allahverdinin təşkilat üçün bəstələdiyi himni səsləndirilib.










Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.