22.5.08

"DALĞA" OMBUDSMAN APARATINDA AKSİYA KEÇİRDİ


Gənclər kəfənə bürüdükləri "Mirzə Sakiti" ombudsman aparatının içinə apardılar
Bu gün Dalğa Gənclər Hərəkatı həbsxanada səhhəti yenidən ağırlaşan jurnalist Mirzə Sakitin vəziyyətini diqqət mərkəzinə gətirmək məqsədi ilə aksiya keçiriblər. "Mirzə Sakitə sahib çıxın!" aksiyası Ombudsman aparatının qabağında baş tutub. Gənclər şərti olaraq "Mirzə Sakit" adlandırdıqları üzvlərdən birini kəfənə bürüyərək, onu əlləri üstündə aparatın qabağına aparıb yerə uzadıblar. Daha sonra aksiyanı binanın içində davam etdiriblər.
Onları aparatdan özünü şöbə müdiri kimi təqdim edən Vüqar adlı bir şəxs qəbul edib. Şöbə müdiri "Dalğa"çılara bildirib ki, ombudsman aparatı Mirzə Sakitin səhhəti ilə müntəzəm maraqlanır: "Sizə də bu məsələni diqqət mərkəzinə gətirdiyiniz üçün təşəkkür edirik və biz də bu məsələni nəzarətdə saxlayacağıq".
Aksiya polis müdaxiləsi olmadan başa çatıb.





Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.