4.7.08

DALĞAÇIlar sərbəst buraxıldı


Səbayel rayon məhkəməsi gənclərə xəbərdarlıq etdi
17: 30: Səbayel rayon məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə 3 Dalğaçıya məhkəmə keçirilərək hökm oxunub. Hökm xəbərdarlıqdan ibarət olub. Bundan sonra  gənclər məhkəmə zalından azadlığa buraxılıb.
15:31 39-cu bölmədə saxlanılan Dalğa GH-nın 7 üzvünə qarşı polis protokol tərtib edərək, onlara qarşı ittiham aktı irəli sürüb. Hüquq müdafiəçiləri Novella Cəfəroğu, Səadət Bənənyarlı və Səidə Qocamanlının bölmə rəisinin müavini ilə görüşməsindən sonra, Dalğaçılardan 4-ü sərbəst buraxılıb. Ramin Hacılı, Rövşən  Nəcəfov və Pənah Əliyevi isə məhkəməyə göndəriblər.
Onu da qeyd edək ki, Bakıdakı diplomatik korpusun nümayəndələri də 39-cu bölməyə zəng edərək, gənclərin saxlanması ilə bağlı narahatçılıqlarını ifadə ediblər.
Hazırda məhkəməyə aparılan gəncləri icazəsiz aksiya təşkilində günahlandırırlar.
12:50: Bu gün saat 12:00-da Dalğa Gənclər Hərakatının ATƏT-in Bakı ofisi qarşısında keçirmək istədiyi aksiya polis müdaxiləsi nəticəsində baş tutmayıb. Gənclər ofisə yaxınlaşan kimi polislər onların əllərindəki plakatları alaraq cırıb, 7 nəfər Dalğaçını (Vəfa Cəfərova, Rövşən Nəcəfov, Araz Qasımov, Leyla Əliyeva, Orxan Nəbiyev, Pənah Əliyev, Anar Əsgərov) isə zorla tutaraq bölməyə aparıblar. "Qaynar.info" əməkdaşının hadisə yerindən verdiyi xəbərə görə, polis 3 jurnalisti də saxlayaraq bölməyə aparıb. Onlar "Azadlıq" radiosunun və RATİ-nin əməkdaşları olublar. Polis saxlanılanları 39-cu bölməyə aparıb. Burada jurnalistlər sərbəst buraxılsa da, 7 Dalğaçı hələ də buraxılmayıb. Polis saxlanılan gənclərin qeydiyyatını aparıb, onların hansı universitetdə oxuduqları, yaşadıqları ünvan və sairə məlumatlar götürülüb. Daha sonra bir-bir gənclərdən izahat alınıb. Dalğa GH-nın 5 üzvü isə hadisə ilə bağlı ATƏT-in Bakı ofisinə gedərək, nümayəndəliyə insidentlə bağlı məlumat veriblər. Hərakatın 10-a yaxın üzvü isə 39-cu bölmənin qarşısına toplaşaraq, tutulan üzvlərə mənəvi dəstək olmağa çalışırlar.
Xatırladaq ki, Dalğa Gənclər Hərəkatı (Dalğa GH) Azərbaycanda İnsan haqlarının, xüsusəndə mətbuatın haqlarının pozulmasına etiraz olaraq beynəlxalq təşkilatları konkret və adevkat reaksiya verməsini təşviq etmək üçün kompaniyaya başlayıb. Gənclər beynəlxalq təşkilatları demokratik prinsip və dəyərlərə sadiq olmağa, Azərbaycanda insan hüquqularının pozulmasına biganə qalmalarına son verməyə çağırırlar.
Kampaniya ilə bağlı ətraflı məlumat üçün bura bax. //T.İsmayılov, QayNar







Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.