2.8.08

"Dalğa"çılar bədii film çəkdi


Dalğa Gənclər Hərəkatı 1 avqustu  “Dalğa Gənclər Hərəkatı günü” elan edib. Dünən bununla bağlı “Diplomat” otelin konfrans zalında Dalğaçılar  tədbir keçirib. Tədbirdə beynəlxalq təşkilatların, gənclər təşkilatlarının, yerli QHT-lərin nümayəndələri və KİV nümayəndələri də iştirak edirdi.
Tədbir iki hissədən ibarət idi. Birinci hissədə  giriş sözünü açan Dalğanın təşkilati məsələr üzrə koordinatoru Elşən Poladlı ABŞ Dövlət Departamentinin kiçik qrantlar proqramı çırçivəsində  həyata keçirdikləri “Biz korrupsiyadan nə əldə edirik?” layihəsi haqqında iştirakçılara məlumat verdi.
Sonra bu layihə çərçivəsində çəkilmiş “Dönüş” filmi nümayiş etdirildi. Təhsildə korrupsiya və tələbələrin həyatından bəhs edən qısametrajlı bədii filmin rejissoru Elcan Məmmədovdur. Filmdə peşəkar aktyorlar deyil,  könüllülər çəkilib. Filmin ana mövzusunu rüşvətlə təhsil almağın hətta ən adi məsələlərdə belə insana nə kimi problemlər yarada biləcəyi təşkil edir. Belə ki, film Tibb Universitetində oxuyan 3 tələbənin həyatından bəhs edir. Onlar həm də bir otaqda qalır və dostluq edirlər. Bunlardan biri savadlı, dərslərinə məsuliyyətlə yanaşan tələbədir. Biri qiymətlərini "day-day" hesabına alır və onun həyat fələsəfəsi "pul"dur. Digəri isə "fəlsəfə meşələrində" azmış birisidir, guya meditasiya ilə məşğul olur, həmişə "göylərdə uçur", ayağı yerdən üzülmüş kimidir. Filmin finalında rüşvətlə təhsil alan tələbə sevgilisiylə gəzintiyə çıxarkən, Milli Parkda yanlarında təsadüfən bir qızı gün vurur. Amma "gələcəyin həkimi" ona heç bir şəkildə kömək edə bilmir. Sonunda savadlı tələbə yoldaşına zəng etmık zorunda qalır. Bu mənzərə oğlanın sevgilisini məyus edir və aralarında soyuqluq yaranır. "Göylərdə uçan" tələbənin isə savadsız şəkildə meditasiya ilə məşğul olmasının sonu dəlixana ilə sonuclanır. Finalda rüşvətlə oxuyan tələbə divardan asdığı "day-dayı"sının ümumilli portretini divardan qoparıb atır və savadlı tələbə dostuna zəng edərək, ona qoşulur.
Tədbirə qatılan qonaqlar və politoloq Leyla Əliyeva, Zərdüşt Əlizadə filmi yüksək qiymətləndirdilər.
Tədbirin ikinçi hissəsində isə nəzərdə tutluduğu kimi “Atam məni ərə yox, məktəbə göndər” layihəsinin təqdimatı oldu. Bu layihəni heç bir donor maliyyələşdirmir.
Layihənin məqsədi regionlarda qızların erkən ərə verilməsinə qarşı mübarizə aparmaqdır.









Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.