Gənclərin "Gürcüstana yardım edin!" aksiyasına polis müdaxilə etdi
Bu gün günün ikici yarısında müxtəlif kiçik qruplara bölünərək paytaxtın gur yerlərində "Gürcüstana yardım edin" adıyla dəstək kampaniyası keçirən Dalga Gənclər Hərəkatının 8 üzvü polislər tərəfindən həbs olunub. Hərakatın sədri Vəfa Cəfərovanın "Qaynar.info"-ya verdiyi məlumata görə, aksiyanın məqsədi Gürcüstanın müstəqilliyi uğrunda vuruşaraq yaralanan və bombardmanlar zamanı xəsarət alan dinc sakinlərə yardım toplamaq, onlar üçün yod, bint və digər lazimi ləvazimatlar almaq idi. Paytaxtda adi sakinlərə ünvanlanan və könüllülük prinsipi daşıyan bu aksiya 39-cu bölmənin əməkdaşları tərəfindən yarımçıq dayandırılıb.
Vəfa xanım onu da bildirdi ki, saxlanılan hərıkat üzvləri hazırda 39-cu bölmədir. İlkin məlumata görə, onlar səhərə qədər bölmədə saxlanılacaq, sabah isə onlara məhkəmə keçiriləcək.
"Bu gün ən azı Azərbaycan ictimaiyyətinin, qeyri-hökümət qurumlarının Gürcüstanın yanında olması, bacardıqları vasitələrlə onlara dəstək olması gərəkdir. Amma bu məqsədlə keçirdiyimiz aksiyalara polisin bu şəkildə aqressiv münasibəti bizdə təssüf doğurur"- deyə Vəfa xanım bildirdi.