Aksiya zamanı Tiflis sakinlərinə "Gürcüstana dəstək" xüsusi buraxılışı, "Əli və Nino" romanları paylanıb
Dalğa Gənclər Hərəkatın sədri Vəfa Cəfərova və həmtəsisçisi Ramin Hacılı başladıqları "Gürcüstana dəstək" kampaniyası çərçivəsində Tiflisdə aksiya keçiriblər. "qaynar.info"-nun məlumatına görə, Gürcüstanın paytaxtında Dalğaçılar Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu binanın qarşısında Gürcüstanla əl-ələ verərək, Azərbaycan və Gürcü xalqlarının həmrəy olduğunu nümayiş etdiriblər. Aksiya 17 sentyabr tarixində Bakı vaxtı ilə saat 18:00-da baş tutub. Aksiya zamanı Dalğa GH üzvləri azərbaycan və ingilis dillərində nəşr olunan “Alma” qəzetinin "Gürcüstana dəstək" xüsusi buraxılışından 150 ədədi və Bakıda Gürcüstana dəstək üçün vətəndaşlardan toplanan vəsait hesabına alınan 30 ədəd “Əli və Nino” kitabını Tiflis sakinlərinə paylayıb. Vətəndaşlar tərəfindən sevinclə qarşılanan bu aksiya Gürcüstan mediyasının diqqətində olmaqla yanaşı, aksiyadan bəhs edən xüsusi sənədli film hazırlanıb.
Vəfa Cəfərova Gürcüstan radiosuna müsahibəsində bildirib: “Biz Gürcüstana dəstək verməklə, dəyərlərimizin müdafiəsinə qalxmış olduq. Bu gün kövrək demokratiyanın mövcud olduğu Gürcüstanı müdafiə etməsək, demokratiya divarı yenidən Berlində tikiləcək. Təsadüfi deyil ki, “biz divara qarşıyıq” devizini əsas götürmüşük”
Xatırladaq ki, Rusiyanın Gürcüstana təcavüzündən dərhal sonra Dalğa Gənclər Hərəkatı Gürcüstanın müdafiəsinə qalxaraq "Gürcüstana dəstək" kampaniyasına başlayıb. Bu kampaniya çərçivəsində hərəkatın layihəsi olan “Alma” qəzetinin “Gürcüstana dəstək” xüsusi buraxılışı hazırlanıb, Bakıda bir çox aksiyalar həyata keçirib.