Dalğa Gənclər Hərəkatı bu şüarla aksiya keçirdi
Xəbər verildiyi kimi, Gürcüstanın ictimai təşkilatlarının təşəbüssü ilə 1 sentyabr 2008-ci ildə, saat 16:00-da “Rusiya dur!” şüarı ilə Tiblisinin mərkəzində əl-ələ tutaraq həmrəylik aksiyası keçirib. Buna dünyanın bir çox ölkələrindən analoji aksiya ilə dəstək verilib. "Qaynar.info"-nun məlumatına görə, Dalğa Gənclər Hərəkatı (Dalğa GH) da həmin vaxt Bakının mərkəzində yerləşən “Puşkin bağı”nda gürcülərə dəstək aksiyası keçirib. Puşkinin heykəli ilə əl-ələ verən gənclər rus mədəniyyətinin deyil, rus siyasi və iqtisadi elitasının etdiklərinə görə öz etirazlarını bildiriblər.
Dalğa Gənclər Hərəkatı bəyan edir: "Biz əminik ki, əgər Puşkin yaşasaydı, bizimlə birgə rus imperializminə qarşı çıxardı. Biz inanırıq ki, rus mədəniyyəti adından çıxış edənlər, Rusiyanın hazırda çıxış etdiyi siyasətə qarşı çıxmağa özlərində cəsarət tapacaqlar. Çünki bu siyasət rus mədəniyyətinin dünyaya bəxş etdiklərini gözdən salır."