Xəbər verdiyimiz kimi, Dalğa Gənclər Hərəkatı 3-cü qurultayına hazırlaşır. oktyabrın 20-də keçiriləcək qurultayda Hərəkatın sədrliyi uğrunda 3 nəfər yarışacaq. Onlar Vəfa Cəfərova, Araz Önər və İlkin Əlisoydur.
Namizədlər artıq bir müddətdir ki, seçki kampaniyasına başlayıblar. Kampaniya çərçivəsində namizədlər həm də digər qurum və təşkilatlarla da görüşlər keçirir, öz strategiyalarını formalaşdırılar.
Belə görüşlərdən birini hərəkatın sədrliyinə namizəd İlkin Əlisoy keçirib.
İlkin bəyin "Qaynar.info"-ya bildirdiyinə görə, bu kampaniya Dalğa Gənclər Hərəkatının 3-cü Qurultayına kimi davam edəcək. Seçiləcəyi təqdirdə görüşlərdən əldə edilmiş nəticələr Dalğanın gələcək strategiya və taktikasını müəyyən edəcək.
Belə görüşlərdən birini hərəkatın sədrliyinə namizəd İlkin Əlisoy keçirib.
İlkin bəyin "Qaynar.info"-ya bildirdiyinə görə, bu kampaniya Dalğa Gənclər Hərəkatının 3-cü Qurultayına kimi davam edəcək. Seçiləcəyi təqdirdə görüşlərdən əldə edilmiş nəticələr Dalğanın gələcək strategiya və taktikasını müəyyən edəcək.
İlk görüş oktyabrın 7-si Gənclər Klubu İctimai Birliyinin rəhbərliyi ilə keçirilib. Görüşdə Gənclər Klubuun icraçı direktoru Zaur Əkbər və təşkilati məsələləri üzrə direktor Ceyhun Heydərli iştirak edib. Görüş zamanı iki təşkilat arasında hal-hazırki münasibətlər və gələcəkdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Danışıqlar nəticəsində gələcəkdə birgə layihələrin işlənməsi, mühazirələrin, forumların birgə təşkil olunması haqda razılıq əldə edilib. Sonda Gənclər Klubunun rəhbərliyinin, İlkin bəyin seçki kampaniyası və Platforması haqqında verdiyi suallar cavablandırılıb.
Dünən isə görüş həvtəsi çərçivəsində AEGGE-Bakının İdarə Heyyəti üzvləri ilə görüş keirilib. Görüşdə AEGEE üzvləri və Dalğaçılar arasında olan şəxsi dostluq münasibətlərinin ictimai müstəviyə çıxarılması, əməkdaşlığın genişləndirilməsi ən çox müzakirə olunan mövzulardan biri olub. AEGEE-Bakının Prezidenti Toğrul Ələkbərov və İdarə Heyyətinin üzvləri Aynur Nəbiyeva, Orxan Şabanov, Cahangir Məmmədov və Elmar Nuriyev görüşdə iştirak edib. İlkin bəyin və komandasının üzvlərinin verdiyi təkliflər onlar tərəfindən yüksək qiymətləndirilib.
Qurultaya kimi İlkin Əlisoy həmçinin ALGA, AGAT, Yeni Baxış, Stimul, FASE və AN kimi təşkilatlarının rəhbərləri ilə də görüşməyi nəzərdə tutub.
