21.10.08

VƏFA CƏFƏROVA YENİDƏN «DALĞA» GƏNCLƏR HƏRƏKATININ SƏDRİ SEÇİLİB


Vəfa Cəfərova yenidən «Dalğa» Gənclər Hərəkatının sədri, Anar Ələsgərov isə sədr müavini seçiliblər.
Dünən «Ramada» otelində keçirilən 3-cü qurultayda qurumun 1 illik hesabatı dinlənib, təşkilatın platforması açıqlanıb və qonaqlar çıxış edib.
Toplantıda hərəkatın İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibi də müəyyənləşdirilib.
«Dalğa»da sədr bir ildən bir seçilir.
Sədirliyə üç namizəd vardı: Vəfa Cəfərova, onu xaricdə olduğu müddətdə əvəz etmiş Araz Qasımov və «Dalğa»nın maliyyə məsələləri üzrə koordinatoru İlkin Əlisoy.
Tədbirdə müxtəlif Gənclər Təşkilatlarının və QHT-lərin nümayəndələri, çoxsaylı qonaqlar iştirak edirdi.
Sədrliyə seçkilər Seçki Monitorinq Mərkəzinin müşahidəçiliyi altında keçirilib.




Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.