Fərqli aksiyalar
“Dalğa” Gənclər Hərəkatı İnsan haqları haqqında bəyənnamənin qəbulunun 60 illiyi münasibətilə aksiyalar keçirməyə hazırlaşır. Təşkilatın sədri Vəfa Cəfərovanın sözlərinə görə, aksiyaların müddəti dekabırn ilki həftəsinin əhatə edir. Aksiya iştirakçıları Azərbaycanda insan haqlarının pozulmasına aid, sərbəst toplaşmaq, ifadə azadlığı mövzusunda teatrlaşdırılmış mini səhnəciklər nümayiş etdirəcəklər. Həmçinin, bu aksiya çərçivəsində insan haqları çərçivəsində filmlər nümayiş etdiriləcək. Aksiyalar ictimaiyyətin maraqlarını bu istiqamətə cəlb etmək məqsədi daşıyır. Aksiyaların keçirilmə yeri haqqında məlumat verilmir. İnsan haqları haqqında bəyənnamə 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyasında qəbul edilib. Dünya ölkələrinin çoxu bu bəyannaməyə qoşulub.
