16.11.08

Lənkəranda Demokratiya Məktəbi


16 noyabrda Dalğa Gənclər Hərəkatının Cənub regional ofisi, Demokratiya Məktəbinin növbəti dərsini keçirib.
Regional ofisin koordinatorlarından biri Anar Əsəgərovun "Qaynar.info"-ya verdiyi məlumata görə, bu dəfə məktəbin qonaq məruzəçisi Demokratik İslahatlar Partiyasının Gənlər Təşkilatının sədri, Dalğa Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılı olub.
“Liberalizm” mövzusunda mühazirə oxuyan R.Hacılı 30-dan çox tələbənin iştirakı ilə keçirilən dərsin ikinci hissəsində tələbələrin suallarını cavablandırıb. 
Xatırladaq ki, Dalğa GH-nın Cənub bürosu yenicə yaradılıb və qısa müddətdə region gənclərinin əsas mərkəzlərindən birinə çevrilib.
Regional ofis Dalğa GH-nın Bakıda başladığı uğurlu layihələri regionda da yaymağa, tətbiq etməyə başlayıb. Bu layihələrdən biri də Demokratiya Məktəbidir.
Onu da qeyd edək ki, ötən bazar günü Məktəbin qonaq məruzəçisi Beynəlxalq Respublikaçılar İnstitutunun ölkə üzrə direktoru Cek Cons (Jake Johns) olub.
Regional ofisin fəaliyyəti ilə daha yaxından tanış olmaq istəyənlər 
http://dalgacenub.azeriblog.com/ bloguna daxil ola bilərlər.




Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.