İnsan hüquqları həftəsi çərçivəsində aksiyalar davam edir
“Dalğa” Gənclər Hərəkatı bu gün İnsan hüquqları həftəsi çərçivəsində aksiyaları davam etdirib. Həkatdan "Qaynar.info"-ya verilən məlumata görə, bugünki aksiya ölkədə sərbəst toplaşmaq hüququnun pozulması ilə əlaqədar olub. Aksiya iştirtakçılarından ibarət iki komanda Həsən Əliyev (keçmiş İnqilab) küçəsi ilə üz-üzə gəliblər və bu küçə ilə Azadlıq prospektinin kəsişdiyi yerdə görüşüblər. Yürüş zamanı gənclər qarşılarına çıxan insanlara Quranın insan hüquqları məsələsinə aid ayələri yazılan vərəqələr paylayıblar. Hərəkatın mətbuat xidmətindən "Qaynar.info"-ya verilən məlumata görə, “Dalğa”nın növbəti aksiyası vətəndaşların ekoloji hüquqlarının pozulmasna aid olacaq.
Qeyd edəkki, Dalğa Gənclər Hərəkatı dekabrın 7-dən 14-dək Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 60-ci ildönümünə həsr edilmiş İnsan hüquqları həftəsini qeyd edir.
