11.12.08

Dalğaçılar İran səfirliyi qarşısında aksiya keçirdi


“İnsan Haqları həftəsi” çərçivəsində Qurani-Kərimdən insan haqqları ilə bağlı bəzi çıxarışlar əks olunduğu 5000 vərəqə paylanacaq
Məlum olduğu kimi dekabr ayının 10-nu “Beynəlxalq İnsan Haqqları” günüdür. Bu münasibətlə 7-14 dekabr tarixini Dalğa Gənclər Hərəkatı (Dalğa GH) “İnsan Haqqları” həftəsi elan edib. Həftə boyu müxtəlif tədbir, aksiya və kütləvi maarifləndirmə kampaniyalarının keçirilməsi nəzərdə tutulur. Həftənin ilk iki günü, yəni 8-9 dekabr tarixi Qurban bayramına düşdüyü üçün Hərəkat Qurani-Kərimdən insan haqqları ilə bağlı bəzi çıxarışlar etmiş və bunu 5000 vərəqə üzərində çap edərək insanlar arasında yaymağı qərarlaşdırıb. Həftənin 4-çü günü İranın Azərbaycandakı səfirliyi qarşısında milli ayrı-seçkiliyə son qoyulması və insan haqqlarının qorunması tələbi ilə aksiya keçirib. Aksiyanın şuarları aşağıdakılar olub:
“İmam Əli İrandan utanır!”, “Milli ayrı-seçkiliyə son!”
Aksiya teatralaşdırılmış şəkildə həyata keçirilib. Bu aksiya zamanı simvolik olaraq 2 nəfər “molla”nın hökmü ilə edam edilmiş, bir nəfər xanım isə daş-qalaq edilmişdir. Polisin müdaxiləsi nəticəsində aksiya bəyanatı oxunmamış sona çatıb. Hər-hansı böyük bir insident baş verməyib və heç kim polis tərəfindən saxlanılmayıb.
İnsanlar arasında yayılan vərəqələrin mətni aşağıdakı kimidir.
Qurani Kərimdə - İnsan Haqqları
• Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın. (Əl Bəqərə, 188)
• Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. (Ən Nisə, 58)
• Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir. (Ən Nisə,148)
• Dində məcburiyyət yoxdur. (Əl Bəqərə, 256)
• Allahdan başqalarına tapınanları söyməyin. (Əl Ənam, 108)
• Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.   (Əl Zəriyət, 19)
• Həqiqətən, Firon yer üzündə təkəbbürlülük göstərib onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.(Əl Qəsas, 4)

 Haqqlarımız uğrunda birləşək!
Qurban Bayramınız Mübarək!
Dalğa Gənclər Hərəkatı

              

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.