İrandan gələn təhlükədən qorumaq məqsədilə bir qrup Hərəkatçı millət vəkilinin mühafizəsi ilə məşğul olacaq
"Məlum olduğu kimi İran İslam Respublikasının “Səhər2” televiziya kanalı Azərbaycan Respublikasının millət vəkili Sabir Rüstəmxanlıya qarşı, insanlığa sığmayan üsullardan istifadə edərək, “qara piyar” kompaniyası həyata keçirir. Təssüflər olsun ki, Sabir Rüstəmxanlı haqqında ölüm fitvası çıxarılmışdır. Bu isə insanın təməl haqqı olan yaşamaq hüququnu pozulması deməkdir." Bu sözlər Dalğa Gənclər Hərəkatının Qaynar.info-ya daxil olan bəyanatındandır.
Bəyanatda daha sonra deyilir:
"Təəssüf ki, xarici dövlətin Azərbaycan vətəndaşına qarşı apardığı bu propaqanda bəzi soydaşlarımız tərəfindən dəstəklənir. Biz Dalğa Gənclər Hərəkatı (Dalğa GH) olaraq, soydaşlarımızı diqqətli olmağa çağırır, İran dövlətini isə qətiyyətlə pisləyirik. Biz insan haqqlarının bütün dəyərlərdən üstün olduğuna diqqət çəkərək, bu anti insani kampaniyaya cavab vermək qərarına gəldik. Hörmətli millət vəkili Sabir Rüstəmxanlının mülki mühafizəsi ilə məşğul olması məqsədilə bir qrup üzvümüzü səfərbər etdik. Dalğa Gənclər Hərəkatının İdarə Heyətində qərara alınmışdır ki, əgər Sabir Rüstəmxanlı buna ehtiyac duyarsa, biz bu işi öz öhdəmizə götürə bilərik."