31.1.09

Dalğaçılar Rəsulzadə küçəsində özlərini zəncirlədilər


Polis 9 Dalğaçını saxlayıb
Dalğa Gənclər Hərəkatı Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin doğum günü münasibəti ilə bu gün aksiya keçirib.
Qaynar.info-nun məlumatına görə, hərəkat üzvləri saat 15-30-da  Məmməd Əmin Rəsulzadə küçəsi ilə zəncirlənmiş halda gəzintiyə çıxıblar. Aksiya iştirakçıları “Rəsulzadəyə və ADR-ə hörmətlə yanaşmağı tələb edirik”, “Rəsulzadəyə heykəl qoymaği tələb edirik ” kimi şuarlar səsləndiriblər. Aksiya A.Şaiq adına Kukla teatrının qarşısında sona çatmaq üzrə ikən polis  müdaxilə edib, nəticədə Dalğa GH-nın 9 üzvü saxlanılaraq, 9-cu bölməyə aparılıblar. Burada bir neçə saat saxlanılan hərəkat fəallarından izahat alınandan sonra sərbəst buraxılıblar.
Hərəkatın sədri Vəfa Cəfərovanın sözlərinə görə, aksiyada gənclərin zəncirlənməsi onların vahid bir ideya ətrafında birləşməsinə işarədir: “Biz bu aksiyada zəncirlənməklə, gənclərin vahid ideya ətrafında birləşmələrinin zəruri olduğunu cəmiyyətə mesaj olaraq çatdırmaq istəyirik. Biz hesab edirik ki, insan yalnız öz istəyi ilə hər hansı bir ideya ətrafında zəncirlənə bilər. Azərbaycan şərqdə ilk demokratik cümhuriyyətin əsasını qoyan ölkədir. Aksiyanın məhz bu gün keçirilməsində digər məqsəd Məmməd Əmin Rəsulzadəni və ADR-in digər qurucularını yad etməkdir."











Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.