12.2.09

Bu gün "Dalğa" Gənclər Hərəkatının 4 yaşı tamam olur

Bu gün Azərbaycanın aparıcı gənclər təşkilatlarından biri olan Dalğa Gənclər Hərəkatının 4 yaşı tamam olur.
Qaynar.info-nun verdiyi xəbərə görə, Dalğa Gənclər Hərəkatı azad cəmiyyət, rüşvətsiz təhsil, gənclik və tələbə hüququları uğrunda aktiv mübarizə aparan ictimai hərəkatdır.
Qurum həm də öz orijinal aksiyaları, flaş-mob-ları ilə məşhurdur.
Hərəkat bir sıra uğurlu layihələrə də imza atıb.
Hazırda ən böyük layihəsi "Demokratiya məktəbi"dir. Bu məktəbdə insan hüquqları və demokratiyanın tarixi tədris edilir. Artıq məktəbin 120 məzunu var.
Dalga GH 12 fevral 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup tələbəsi tərəfindən yaradılıb.
Hazırda hərəkatın sədri Vəfa Cədərovadır.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.