24.2.09

Dalğa Gənclər Hərəkatı öz himnini ictimiayyətə təqdim etdi


Zahir Əzəmətin sözlərinə "Ozan" qrupundan möhtəşəm rock!
Bir neçə gün bundan öncə Dalğa Gənclər Hərəkatı OZAN rock qrupunun ifasında öz himnini ictimiayyətə təqdim etdi. Zahir Əzəmətin sözlərinə bəstələnmiş himn böyük marağa səbəb olub. Hərəkat sədri Vəfa Cəfərovanın Qaynar.info-ya bildirdiyinə görə, 4 ilin yekununda Hərəkat himni ilə yanaşı, həm də öz kitabını ictimaiyyətə təqdim etməyə hazırlaşır. Yaxın zamanda işıq üzü görəcək kitabda Hərəkatın bu günə qədərki fəaliyyətində prioritet götürdüyü ideyalar, üzərində kökləndiyi dəyərlər haqqında ətraflı məlumat, eləcə də Hərəkatın, cəmiyyətin ətrafında birləşməsinin zəruri olduğunu hesab etdiyi fikirlər yer alacaq: “Biz çox istəyirik ki, bu kitab müasir Azərbaycan gəncliyinin stolüstü kitabı olsun. O, daha çox ideoloji xarakter daşıyacaq. Odur ki, kitabın hazırlanmasına çox böyük əmək sərf edirik.”

Dalğa Gənclər Hərəkatının himnini internetdən əldə etmək olar. Himnin sözləri aşağıdakı kimidir:

Qəlbimizdə atəş yanır
Etiraz var dilimizdə
Yorğun üzlər gülümsəsin
Sabah bizim əlimizdə

Qoca Şərqə mayak olsun
Bizim gənclər tələbələr
Sevgimizlə silahlanaq
Bizim olsun qələbələr

Elə bu gün, elə indi
Qaranlığı yara-yara
Yıxaq bütün qorxuları
İşıqlanaq DALĞA-DALĞA

Gözəl aydın gələcəyə
Sağlam, azad cəmiyyətə
Ədalətə, həqiqətə
İnsanlığa salam olsun!

Yox deyirik köhnəliyə
Qəliblərə, yasaqlara
Sevgi dolu səhər olaq
Yaxınlara uzaqlara

Yıxaq bütün divarları
Günəş doğsun evimizə
Dənizləri yarıb keçən
DALĞA desin hamı bizə


Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.