1.2.09

Dalğa Gənclər Hərəkatı yeni kampaniyaya start verir


Dalğa Gənclər Hərəkatı yeni kampaniyaya start verir 
Dalğa Gənclər Hərəkatı fevral ayının 5-indən etibarən “Təhsildə Rüşvət Gələcəkdə Korrupsiyadır” adlı kampaniyaya start verir. Bu kampaniya qış sessiyasının çıxması ilə əlaqədardır.
Kampaniyanın məqsədi Azərbaycanda təhsilin daha şəffaf olmasında, tələbələrin hüquqlarının qorunmasında yardımçı olmaqdır.
Bununla əlaqədar olaraq Dalğa Gənclər Hərəkatının Tələbələrin Hüquqlarının Müdafiə Komitəsi, Elm və Təhsil Komissiyası və Regionlarla iş üzrə Komissiya birgə fəaliyyətə başlayacaq.
Kampaniya ç
ərçivəsində tələbələr arasında sorğu keçiriləcək, sessiya zamanı rüşvət alan müəllimlərin adları araşdırılacaq və hər kəsə açıq Qaynar Xətt təsis ediləcək. Həmçinin tələbələr hərəkatın idarə heyəti tərəfindən təyin olunmuş məsul şəxslərlə də əlaqə saxlamaq imkanına malik olacaq.
Kompaniya 1 ay davam edəcək və əldə olunan nəticələr fevral ayının sonunda KİV nümayəndələrinə və ictimaiyyətə Dalğa Gənclər Hərəkatının mərkəzi ofisində təşkil olunacaq mətbuat konfransında açıqlanacaq.
“Təhsildə Rüşvət Gələcəkdə Korrupsiyadır” kompaniyası üzrə məsul şəxslər:Rövşən Nəcəfov, mob: 050 526 13 13
Hafiz Poladzadə, mob: 050 560 65 62

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.