Bu gün Dalğa Gənclər Hərəkatının (Dalğa GH) üzvləri Amerikanın Demokratiya üçün Yardım Fondunun (National Endowment for Democracy) Mərkəzi Asiya və Qafqaz üzrə koordinatoru Martha Beard ilə görüş keçirib.
Hərəkatdan Qaynar.info-ya verilən məlumata görə, görüş zamanı Dalğa Gənclər Hərəkatının adı çəkilən fondun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Demokratiya Məktəbi”nin cəmiyyətdə mövqeyi və proqram çərçivəsində “Demokratiya Akademiyası” layihəsində nəzərdə tutulan işlər müzakirə olunub.

Xanım Martha Beard Dalğa Gənclər Hərəkatının həyata keçirdiyi digər layihələrlə də maraqlanıb.
Hərəkatın nümayəndələri qonağa ölkədəki ictimai-siyasi vəziyyətlə də bağlı məlumat veriblər.
Bütün bunlarla yanaşı Dalğa Gənclər Hərəkatının bundan sonrakı fəaliyyətində DYF (NED) ilə əməkdaşlığın daha da artırılması qərara alınıb