26.4.09

ABŞ səfiri Pərviz Əzimov olayına münasibət bildirdi


Dalğaçı gənclər Enn Dersi ilə görüşüblər
Aprelin 25-də “Dalğa” Gənclər Hərəkatı ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dersi ilə görüş keçirib. Bu haqda məlumat verən “Dalğa”nın sədri Vəfa Cəfərova dedi ki, görüş “Demokratiya məktəbi” çərçivəsində keçirilib.
“Enn Dersi tələbələr tərəfindən bizim fəxri müəllimimiz seçilmişdi. Xanım Dersi bu təklifi qəbul etdi. O, demokratiya haqqında bir saat çıxış etdi. Əsas  mövzular "Demokratiya nədir", “Amerikada demokratiya ənənələri” və “Amerika Azərbaycan demokratiyasına necə yardım edə bilər” idi"- deyən V.Cəfərova bildirdi ki, görüşün ikinci saatı sual-cavaba ayrıldı: “Əsas suallar Pərviz Əzimovla bağlı idi. Xanım səfir bu hadisəni pislədi və ölkədaxili məsələ olduğundan qarışa bilməyəcəyini bildirdi. Sonra Azərbaycan demokratiyası ilə ABŞ demokratiyasının fərqli və oxşar cəhətləri və səfirliyin burada gördüyü işlər haqqında sual-cavab oldu”.
V.Cəfərova görüşün normal keçdiyini və xanım Dersinin bütün suallara cavab verdiyini bildirdi.
Qeyd edək ki, E.Dersi görüşün sonunda “Demokratiya məktəbi”nə 400 ədəd kitab hədiyyə edib. Kitablar demokratiyanın nəzəriyyəsi ilə bağlı olan dərsliklərdir.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.