21.4.09

Dalğa Pərviz Əzimovla bağlı aksiya keçirdi!- Fotolar / Video


"Gənc olduğunu nəzərə almırsızsa, heç olmasa idmançı olduğunu nəzərə alın!"
QayNar: Bu gün Dalğa Gənclər Hərəkatı 14:30-da Gənclər və İdman Nazirliyi  qarşısında etiraz aksiyası keçirib. Qaynar.info-nun verdiyi xəbərə görə, aksiyada bu yaxınlarda apardığı jurnalist araşdırmasına görə Lənkəran Dövlət Universitetinin sonuncu kursundan qovulan tələbə-jurnalist Pərviz Əzimov idmançı geyimində nazirliyin qarşısında müxtəlif idman hərəkətləri edib. Hərəkatın fəalları isə nazirlə görüş tələb etdilər. Aksiyanın şüarı: “Gənc olduğunu nəzərə almırsızsa, heç olmasa idmançı olduğunu nəzərə alın!” olub.
Bu aksiya ilə Dalğaçılar ölkədə gəncliyin təhsilə deyil, idmana yönəldilməsinə eyham vurublar.
Qeyd edək ki, Dalğa Gənclər Hərəkatının cənub regional ofisinin rəhbəri Pərviz Əzimov bu günə qədər göstərdiyi fəaliyyətə və yazdığı məqalələrə görə dəfələrlə universitet rəhbərliyi tərəfindən təqib və təzyiqlərə məruz qalıb. Nəhayət, 27 fevral tarixində qondarma ittihamla Pərviz Əzimov Lənkəran Dövlət Universitetindən xaric edilib.
Xatırladaq ki, Pərviz Əzimov adı gedən universitetin 4-cü kursunda təhsil alır və bu günə qədər istər davamiyyətində, istərsə də də aldığı qiymətlərdə həmişə fətrqlənən tələbələrdən olub.
Təhsili ilə bağlı heç bir problem tapa bilməyən universitet rəhbərliyi ona qarşı qondarma təxribat təşkil edib. Guya universitet daxilində dava saldığını əsas gətirərək, onu universitetdən xaric ediblər.
"Biz Dalğa Gənclər Hərəkatı olaraq qəti şəkildə tələb edirik ki, bu qanunsuzluğa son qoyulsun və Pərviz Əzimov universitetə qeyd-şərtsiz bərpa olunsun və ona qarşı bu təxribatı törədən insanlar üzr istəsinlər."- deyə hüquqları pozulmuş gəncin müdafisəinə qalxan Dalğaçılar bildirir.
"Tələblərimizin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və aidiyyatı olan orqanlara müraciət olunub. Həmçinin məsələylə bağlı məhkəmə işinin başladılması üçün bütün sənədlər hazırlanıb. Yaxın zamanlarda məhkəməyə təqdim olunacaq. Hərəkat Pərviz Əzimovun hüquqları bərpa olunana qədər anoloji tədbirləri keçirəcək."- deyə Dalğaçılar əlavə edir. 







Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.