Dalğa Gənclər Hərəkatının cənub regional ofisinin rəhbərinə qarşı təzyiqlər
QayNar: Dalğa Gənclər Hərəkatının (Dalğa GH) cənub regional ofisinin rəhbəri Pərviz Əzimov təhsil aldığı Lənkəran Dövlət Universitetindən qovulub.
Bu barədə Dalğa GH-nın Qaynar.info-ya daxil olan bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, P.Əzimov bu günə qədər göstərdiyi fəaliyyətə və yazdığı məqalələrə görə dəfələrlə universitet rəhbərliyi tərəfindən təqib və təzyiqlərə məruz qalıb. "Nəhayət, 13 mart tarixində qondarma ittihamla Pərviz Əzimov Lənkəran Dövlət Universitetindən xaric edilib. Xatırladaq ki, Pərviz Əzimov adı gedən universitetin 4-cü kursunda təhsil alır və bu günə qədər universitetdə heç bir problem yaşamayıb. Təhsili ilə bağlı heç bir problem tapa bilməyən universitet rəhbərliyi ona qarşı qondarma təxribat təşkil edərək, guya universitet daxilində dava saldığını əsas gətirərək universitetdən xaric edib.
Biz Dalğa Gənclər Hərəkatı olaraq qəti şəkildə tələb edirik ki, bu qanunsuzluğa son qoyulsun və Pərviz Əzimov universitetə qeyd-şərtsiz bərpa olunsun və ona qarşı bu təxribatı törədən insanlar üzr istəsinlər. Biz qanunun öz yerini tapması və Pərviz Əzimovun haqlarının bərpa olunması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyimizi bəyan edirik."- deyə bəyanatda bildirilir.

Pərviz Əzimov fevralın sonlarında qovulsa da, olayla bağlı məhz indi bəyanat yaymalarıyla bağlı Qaynar.info-nun sualını cavablandıran Dalğa GH-nın sədri Vəfa Cəfərova bildirdi ki, bu müddət ərzində, müxtəlif instansiyalara, qurumlara, millət vəkillərinə problemlə bağlı müraciət edərək, məsələnin həllinə çalışıblar. "Lakin bu addımlar heç bir nəticə vermədi".
Xatırladaq ki, P.Əzimovun qovulmasına səbəb olan yazı ("Lənkəran Dövlət Universitetində Korrupsiya qalmaqalı") 25 yanvar 2009-cu il tarixində Qaynar.info-da yayımlanıb.