28.4.09

POLİS 9 NƏFƏR DALĞAçını SAXLADI


“Şəhidlər Xiyabanı”nı ziyarət etmək istəyən dalğaçılar polis
hücumuna məruz qalıb
Gəncləri saatyarım bölmədə saxladılar
QayNar: Bu gün Dalğa Gənclər Hərəkatının bir qrup fəalı ADR-in sovet rejimi tərəfindən işğal olunmasının 89-cu il dönümündə vətən uğrunda şəhid olanların məzarlarını ziyarət etmək məqsədi ilə “Şəhidlər Xiyabanı”na gedərkən, polis zorakılığına məruz qalıblar.
Qaynar.info-nun verdiyi xəbərə görə,  əraziyə toplaşan dalğaçılar, gözləmədikləri bir anda polis hücumuna məruz qalıblar. Polis zor tətbiq edərək 9 dalğaçı gənci qanunsuz olaraq saxlayıb və 9-cu polis bölməsinə aparıb.
Dalğanın GH-ın fəalları - Emin Əliyev, Vəfa Cəfərova,  Rövşən Nəcəfov,  Murad Qasımov, Araz  Qasımov, Elşən Poladlı, Loğman Əliyev, Qala Novruzov və  Ramin Hacılı Polis bölməsində saat yarım saxlandıqdan sonra sərbəst buraxılıblar.
Bölmədə onlardan yalnız ad, soyad və yaşadıqları ünvan götürülüb. Onlara hər hansı bir xəbərdarlıq olunmayıb. Buna səbəb isə, polisin heç bir qanun pozuntusu aşkarlaya bilməməsi olub.
Qeyd edək ki, təşkilat üzvləri “Şəhidlər Xiyabanı” nı  ziyarət etdikdən  sonra Lənkəran Dövlət Universitetindən qanunsuz xaric edilmiş, Dalğa GH-nın cənub regional ofisinin sədri Pərviz Əzimovun hüquqlarını müdafiə etmək məqsədi ilə “Nəbatat” bağında açıq hava teatrı təşkil etməyi planlaşdırırdılar.
Dalğa GH-dan Qaynar.info-ya verilən məlumata görə adı çəkilən teatr polisin müdaxiləsi nəticəsində baş tutmasa da, dalğaçılar bu aksiyanı növbəti günlərin birində keçirməyi qərara alıblar.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.