27.4.09

Sevda Quliyeva

 Sevda Qadir qızı Quliyeva 1989-cu il avqust ayının 15-də Qarabağda (Azərbaycan Respublikası Füzuli rayonu) anadan olub. 2007-ci ildə ali təhsil almaq üçün qəbul imtahanlarında iştirak edib, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 2009-cu ildə BDU-dan xaric edilib. Buna ictimai fəaliyyəti səbəb olub.
2008-ci ilin yanvar ayından Dalğa Gənclər Hərəkatına üzv kimi qəbul edilib. Hərəkatın qadın departamentinin sədr müavini və daha sonra Bakı Dövlət Universiteti üzrə kuratoru seçildi. 2008-2009-cu illərdə Demokratiya Məktəbinin 3-cü qrupunun tələbəsi olub və məktəbi müvəffəqiyyətlə bitirdiyi üçün Demokratiya Məktəbinin xüsusi diplomu ilə təltif olunub. Hazırda Almaniyada yaşayır və Dalğa Gənclər Hərəkatının Qərbi Avropa ofisinin əməkdaşıdır.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.