Dalğa Gənclər Hərəkatı - "Uşaqlara qayğı ilə"

31 may 2012-ci il Dalğa Gənclər Hərəkatının İdarə Heyətinin qərarına əsasən, “ Uşaqlara qayğı ilə” həftəsi çərçivəsində Dalğa GH-nın təşkilatçılığı ilə Səhiyyə Nazirliyinə məktub ünvanlanacaq, müxtəlif tədbirlər, flashmoblar keçiriləcəkdir.

Dalğa Gənclər hərəkatı “ADR həftəsi” çərçivəsində “Demokratiya yürüşü” keçirib.

Çox sayda Dalğaçının iştirak etdiyi yürüş Nizami küçəsindən Rəsulzadə bağına qədər davam edib. Yürüş zamanı hərəkat üzvləri Azərbaycan və Dalğa Gənclər hərəkatın himnini ifa ediblər.

Biz anladıq ki…

Bir çox hallarda edilən yeniliklər və ya dəstək aksiyalarımız insanlar tərəfindən birmənalı qarşılanmır. Biz anlayırıq! Anlayırıq ki, həbsdə olan gənc dostlarımızın müdafiəsi məqsədi ilə yaradılan Gənclərin Hüquqlarını Müdafiə Komitəsində təmsil olunmağımız hakimiyyət qurumlari tərəfindən yaxşı qarşılanmır. Necə ki, maarifçilik hərəkatı ilə eyni dəyərləri paylaşmağımız üçün də mollaların xoşuna gəlmirik..

“Dalğa”çılar ağızlarını bağladılar

Iyunun 3çü Dalğaçılar ümumidünya İfadə Azadlığına dəstək aksiyasını keçiriblər.

Gənclərin Rəsulzadə sevgisinin acı aqibəti?

Polis «Dalğa» Gənclər Təşkilatının 2 üzvünü saxlayıb. Təşkilatdan hesab edirlər ki, buna gənclərin əyinlərindəki köynək səbəb olub. Təşkilatın həmtəsisçisi Ramin Hacılı: «Səbəb köynəkdir, Rəsulzadənin şəkli olan köynək. 2 gün əvvəl «Dalğa»nın ofisinə 9-cu polis bölməsinin əməkdaşları gəlib, bildiriblər ki, burda köynək satılır.

27.4.09

Sevda Quliyeva

 Sevda Qadir qızı Quliyeva 1989-cu il avqust ayının 15-də Qarabağda (Azərbaycan Respublikası Füzuli rayonu) anadan olub. 2007-ci ildə ali təhsil almaq üçün qəbul imtahanlarında iştirak edib, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 2009-cu ildə BDU-dan xaric edilib. Buna ictimai fəaliyyəti səbəb olub.
2008-ci ilin yanvar ayından Dalğa Gənclər Hərəkatına üzv kimi qəbul edilib. Hərəkatın qadın departamentinin sədr müavini və daha sonra Bakı Dövlət Universiteti üzrə kuratoru seçildi. 2008-2009-cu illərdə Demokratiya Məktəbinin 3-cü qrupunun tələbəsi olub və məktəbi müvəffəqiyyətlə bitirdiyi üçün Demokratiya Məktəbinin xüsusi diplomu ilə təltif olunub. Hazırda Almaniyada yaşayır və Dalğa Gənclər Hərəkatının Qərbi Avropa ofisinin əməkdaşıdır.

27.4.08

Bənnalar

Dalğa Gənclər Hərəkatının  7ci ilinədək xidməti olan "bənnalar" aşağıdakılardır. Məlumat üçün deyək ki, qeyd etdiyimiz insanlar müxtəlif vaxtlarda hərəkatın rəhbərliyində təmsil olunub və bəziləri sonradan obeyktiv və subyektiv səbəblərdən könüllü kimi fəaliyyətini dayandırıb.





Rövşən Nəcəfov -  Tərcümeyi-hal





Pənah Əlisoy - Tərcümeyi-hal






Elşən Poladlı - Tərcümeyi-hal











İlkin Əlisoy - Tərcümeyi-hal










Pərviz Əzimov - Tərcümeyi-hal










Turanə Rəsulova - Tərcümeyi-hal



Cavid Ramazanov - Tərcümeyi-hal









Elvin Kazımlı - Tərcümeyi-hal






10.5.05

Pərviz Əzimov


Əzimov Pərviz Rasim oğlu 1988-ci ilin iyun ayının 29-da Azərbaycan Respublikası Masallı rayonunun Bədəlan kəndində dünyaya gətirilib. 2005-ci ildə Masallı rayon Bədəlan kənd orta məktəbini bitirib. 2005-ci ildə Lənkəran Dövlət Universitetinə daxil olub. 2006-cı ildən 2010-cu ilədək “Cənub xəbərləri” qəzetində müxbir işləyib. 2007-ci il 13 oktyabr tarixində Dalğa Gənclər Hərəkatının cənub regional ofisi təsis edilib və P. Əzimova cənub regional ofisinin qurulması işi həvalə edilib. 2008-ci ilin 27 dekabr tarixində Dalğa GH-nin cənub regional ofisinin ilk qurultayı keçirilib və gizli səsvermə yolu ilə P. Əzimov sədr seçilib. 2007-ci il yanvar ayından 2008-ci il mart ayına qədər SİAR MMC-də cənub regionu üzrə intervüer işləyib. 2008-ci ildə bir müddət BİİRC MMC-de intervüer işləyib. 2009-ci ilin mart ayında mətbuatda universitet haqqında yazılar yazdığına görə əsassız olaraq Lənkəran Dövlət Universitetindən xarici olunub. 2009-cu il sentyabr ayının 11-də Lənkəran Rayon Məhkməsinin qərarı ilə rektorun əmri qanunsuz hesab edilib və yenidən Univeristetə bərpa olunub. 2010-cu ildə Universteti bitirib.

2010-cu ilin aprel-may aylarında "Gənc liderlər" proqramı çərçivsində ABŞ-da səfərdə olub.
2008-ci ildən "Alma" qəzeti ilə əməkdaşlıq edir.
2010-cu iln aprel ayından 2010-ci ilin dekabr ayına qədər  Poliqon İnformasiya Agentlində (www.pia.az) redaktor vəzifəsində çalışıb.
2011-ci ilin Yanvar ayından www.ANN.Az (Azerbaijan News Network) xəbər portalında jurnalist işləyir.
Cinsi: Kişi
Ailə vəziyyəti: Subay
Ünvan: Masallı rayonu, Bədəlan kəndi
Telefon: (050) 375 76 13 (mob)
Email: pervizezimov@gmail.com, perviz@ann.az
Təhsil: Ali
Təhsil müəssisəsi: Lənkəran Dövlət Universiteti
Fakültə: Təbiyyat
İxtisas: Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə.
Blog: www.pervizazimov.wordpress.com
Twitter: Perviz_Azimov
Facebook: Perviz Azimov (www.facebook.com/pervizazimov)