24.4.09

UNİVERSİTETDƏN QOVULAN “DALĞA”çı MƏHKƏMƏYƏ ÜZ TUTUR


“Dalğa” Gənclər Hərəkatı cənub regional ofisinin rəhbəri Pərviz Əzimov təhsil aldığı Lənkəran Dövlət Universitetindən qovulduğuna görə məhkəməyə müraciət edəcək. Bu barədə keçmiş tələbə özü deyib.
P.Əzimovun sözlərinə görə, onun müdafiəsinə beynəlxalq instansiyalar qoşulub: “Norveç, ABŞ, Böyük Britaniya səfirliyində olmuşuq, ombudsman Elmira Süleymanova, prezident İlham Əliyevə müraciət ünvanlamışıq. Təhsil naziri Misir Mərdanov problemi yoluna qoyacağına söz vermişdi, ancaq qurumun mətbuat xidmətindən mediaya açıqlama gəldi ki, universitet rəhbərliyinin düzgün qərar verdiyinə inanırlar”. (Mediaforum)
P.Əzimov universitetin 4-cü kurs tələbəsi olub. Onu 2009-cu il fevralın 27-də dava saldığını əsas gətirərək xaric ediblər. “Dalğa”çı isə qovulmasını “Cənub xəbərləri” və "Qaynar.info"-da dərc olunan “Lənkəran Dövlət Universitetində korrupsiya “ adlı yazısı ilə bağlayır.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.