4.5.09

ADNA-nın bir neçə tələbəsi həbs olunub!

Matəm elan olunmasını tələb edən gənclər polis idarəsinə aparıldı!

QayNar: 30 apreldə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciə ilə bağlı universitetin tələbələri bu gün ali məktəbin əsas korpusunun qarşısına plakat yapışdırdıqlarına görə, polis tərəfindən saxlanılıb.
Qaynar.info-ya daxil olan məlumata görə, onların saxlanmasına səbəb  "Ölkədə matəm elan olunsun" tələbi ilə plakat asmalarıdır. Xəbəri dəqiqləşdirmək üçün, bir neçə gənclər təşkilatı iləəlaqə saxladıq.
Nəhayət Dalğa Gənclər Hərəkatının üzvü Ramin hacılı informasiyanın doğru olduğunu bildirdi.
"Onlar Dalğaçılar deytil. ADNA-nın tələbələridir. Bu səhər universitetin binasına plakat yapışdırdıqları üçün polis tərəfindən saxlanılaraq, 22-ci bölməyə aparılıblar. Onların dəqiq sayını bilmirik. Amma ilkin məlumata görə, 3 nəfər olublar. Saxlanılan tələbələrlə görüşmək üçün polis bölməsinə getdim. Lakin burdan bildirdilər ki, onları Nəsimi Rayon Polis İdarəsinə aparıblar. İdarədə isə rəislə görüşə bilmədim. Dedilər yemək fasiləsinə çıxıb".
Son anda aldığımız məlumata görə, polis daha bir gənci də saxlayıb. 

















Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.