QayNar: Xəbər verdiyimiz kimi, 28 may 2009-cu ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 91-ci ildönümü günü OL! Azərbaycan Gənclər Hərəkatının təşəbbüsü ilə müxtəlif gənclər təşkilatlarının üzvlərindən ibarət 100-ə yaxın gənc, eyni zamanda dünyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlı gənclərin fəal iştirakı ilə “ADR – Bizi Birləşdirir” aksiyası keçirilib.
Aksiyanın məqsədi 1918-ci ildə ADR qurucuların yaratdığı demokratik dəyərlərin yayılması, bu dəyərlərin ənənə halına salınması, o cümlədən dünyanın müxtəlif yerlərində yaşamalarına baxmayaraq, azərbaycanlı gənclərin ADR ideyası ətrafında birləşdirmək idi. Aksiyada iştirak etmiş insanlara öncədən verilən məlumata görə, onlar yaşadıqları şəhərlərdə ADR-i tərənnüm edən yaradıcılıq göstərməli idilər. Buna misal olaraq, plakatlar, fotolar, şəkillər və s. aiddir.
Aksiya İstanbul, Los Anceles, Nyu-York, Vaşinqton və London şəhərləri daxil olmaqla dünyanın 15 şəhərində keçirilib. Eyni zamanda gənclər bu aksiyanı Bakıda, Sumqayıtda M.Ə.Rəsulzadənin doğulduğu Novxanı kəndində və Azərbaycanın bir neçə rayonlarında da keçirməyə nail olublar. Aksiya zamanı 15 gənc hüquq mühafizə orqanları tərəfindən Bakı şəhərin müxtəlif ərazilərində saxlanılıb, izahat yazdıqdan sonra sərbəst buraxılıb.
Aksiyaya qoşulan təşkilatlar arasında OL! Azərbaycan Gənclər Hərəkatı, Dalğa Gənclər Hərəkatı, Gənclər Klubu İctimai birliyi, AEGEE-Bakı, Azərbaycan Liberal Gənclər Assosiasiyası, Stimul şəbəkəsi var idi.
Aksiyaya qoşulan təşkilatlar arasında OL! Azərbaycan Gənclər Hərəkatı, Dalğa Gənclər Hərəkatı, Gənclər Klubu İctimai birliyi, AEGEE-Bakı, Azərbaycan Liberal Gənclər Assosiasiyası, Stimul şəbəkəsi var idi.
