21.5.09

“Dalğa” məscidlərin bağlanmasına etiraz edir


QayNar: Dalğa Gənclər Hərəkatı yeni aksiyaya hazırlaşır. Belə ki, sabah Dalğaçılar "İlahiyyət" məscidində Cümə Namazına qatılacaqlar. Bu barədə məlumatı Qaynar.info-ya Dalğa Gənclər Hərəkatının fəalı Rövşən Nəcəfov verib: “Biz ölkəmizdə vicdan azadlığının təmin olunmasını tələb edirik. Hesab edirik ki, məscidlərin bağlanması radikal dini qruplaşmalar tərəfindən terrorun həyata keçirilməsinə gətirib çıxara bilər”. 
Rövşən bəy onu da qeyd etdi ki, "İlahiyyət" məscidinin də bağlanması dindarların ibadətlərini həyata keçirməsi üçün yeni bir maneə olacaq: “Ölkədə aparıcı məscidlərdən bir çoxu bağlanıb. İndi "İlahiyyət" məscidini də bağlayırlar. Bu da dindarların birgə namaz qılmaq imkanını əllərindən alacaq”.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.